Ötən həftə işğaldan azad edilmiş ərazilərdə piyada əleyhinə 239 mina aşkarlanaraq zərərsizləşdirilib
Digər xəbərlər

Ötən həftə işğaldan azad edilmiş ərazilərdə piyada əleyhinə 239 mina aşkarlanaraq zərərsizləşdirilib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, avqustun 15-dən 20-dək Tərtər, Ağdam, Şuşa, Xocavənd, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 239, tank əleyhinə 140 mina və 125 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Həftə ərzində 562 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

AZƏRTAC