Ötən gün Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Səhiyyə

Ötən gün Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Mayın 18- Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 94 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 21, ikinci doza vaksinlərin sayı 50, üç daha çox doza vaksinlərin sayı 22, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 1-dir.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 963 min 600, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 411 min 131, ikinci mərhələ üzrə 4 milyon 883 min 024, üç daha çox doza vaksinlərin sayı 3 milyon 403 min 247, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 266 min 198-dir.