Ötən gün Azərbaycanda COVID-19 əleyhinə 456 doza vaksin vurulub
Səhiyyə

Ötən gün Azərbaycanda COVID-19 əleyhinə 456 doza vaksin vurulub

Fevralın 21-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 456 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 146, ikinci doza vaksinlərin sayı 139, üç və daha çox doza vaksinlərin sayı 148, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 23-dür.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 947 min 492, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 403 min 764, ikinci mərhələ üzrə 4 milyon 878 min 527, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 399 min 669, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 265 min 532-dir.                                         

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 37 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 37 yoluxma faktı qeydə alınıb, 14 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 828 min 395 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 818 min 145 nəfər müalicə olunaraq sağalıb, 10 min 105 nəfər vəfat edib. Aktiv xəstə sayı 145 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1695, bu günə qədər isə ümumilikdə 7 milyon 516 min 142 test icra olunub.