Ötən gün Azərbaycanda COVID-19 əleyhinə 444 doza vaksin vurulub
Səhiyyə

Ötən gün Azərbaycanda COVID-19 əleyhinə 444 doza vaksin vurulub

Yanvarın 31-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 444 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 150, ikinci doza vaksinlərin sayı 121, üç və daha çox doza vaksinlərin sayı 144, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 29-dur.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 942 min 575, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 402 min 318, ikinci mərhələ üzrə 4 milyon 877 min 31, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 397 min 964, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 265 min 262-dir.                                 

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 35 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 35 yoluxma faktı qeydə alınıb, 54 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 827 min 944 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 min 654 nəfər müalicə olunaraq sağalıb, 10 min 85 nəfər vəfat edib. Aktiv xəstə sayı 205 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 256, indiyə qədər isə ümumilikdə 7 milyon 487 min 550 test icra olunub.