Ötən gün Azərbaycanda COVID-19 əleyhinə 433 doza vaksin vurulub
Səhiyyə

Ötən gün Azərbaycanda COVID-19 əleyhinə 433 doza vaksin vurulub

Fevralın 4-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 433 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 115, ikinci doza vaksinlərin sayı 104, üç və daha çox doza vaksinlərin sayı 199, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 15-dir.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 943 min 740, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 402 min 669, ikinci mərhələ üzrə 4 milyon 877 min 304, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 398 min 451, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 265 min 316-dır.

 

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 22 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 22 yoluxma faktı qeydə alınıb, 32 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 828 min 64 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 min 792 nəfər müalicə olunaraq sağalıb, 10 min 95 nəfər vəfat edib. Aktiv xəstə sayı 177 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1485, indiyə qədər isə ümumilikdə 7 milyon 494 min 700 test icra olunub.