Ötən gün Azərbaycanda COVID-19 əleyhinə 258 doza vaksin vurulub
Səhiyyə

Ötən gün Azərbaycanda COVID-19 əleyhinə 258 doza vaksin vurulub

Fevralın 3-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 258 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 85, ikinci doza vaksinlərin sayı 53 üç və daha çox doza vaksinlərin sayı 109, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 11-dir.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 943 min 307, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 402 min 554, ikinci mərhələ üzrə 4 milyon 877 min 200, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 398 min 252, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 265 min 301-dir.                                                                       

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 24 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 24 yoluxma faktı qeydə alınıb, 21 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 828 min 42 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 min 760 nəfər müalicə olunaraq sağalıb, 10 min 94 nəfər vəfat edib. Aktiv xəstə sayı 188 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 982, indiyə qədər isə ümumilikdə 7 milyon 493 min 215 test icra olunub.