Ötən gün Azərbaycanda COVID-19 əleyhinə 193 doza vaksin vurulub
Səhiyyə

Ötən gün Azərbaycanda COVID-19 əleyhinə 193 doza vaksin vurulub

Fevralın 2-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 193 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 63, ikinci doza vaksinlərin sayı 835 üç və daha çox doza vaksinlərin sayı 86, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 9-dur.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 943 min 49, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 402 min 469, ikinci mərhələ üzrə 4 milyon 877 min 147, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 398 min 143, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 265 min 290-dır.                        

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 35 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 35 yoluxma faktı qeydə alınıb, 41 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 828 min 18 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 min 739 nəfər müalicə olunaraq sağalıb, 10 min 92 nəfər vəfat edib. Aktiv xəstə sayı 187 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 834, indiyə qədər isə ümumilikdə 7 milyon 491 min 233 test icra olunub.