Ötən gün Azərbaycanda COVID-19 əleyhinə 104 doza vaksin vurulub
Səhiyyə

Ötən gün Azərbaycanda COVID-19 əleyhinə 104 doza vaksin vurulub

Mayın 13- Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 104 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 34, ikinci doza vaksinlərin sayı 48, üç daha çox doza vaksinlərin sayı 18, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 4-dür.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 963 min 121, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 411 min 59, ikinci mərhələ üzrə 4 milyon 882 min 734, üç daha çox doza vaksinlərin sayı 3 milyon 403 min 134, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 266 min 194-dür.            

 

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 10 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 10 yoluxma faktı qeydə alınıb, 28 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 831 min 648 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 821 min 279 nəfər müalicə olunaraq sağalıb, 10 min 268 nəfər vəfat edib. Aktiv xəstə sayı 101 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1339, indiyə qədər isə ümumilikdə 7 milyon 603 min 622 test icra olunub.