Ötən dövrdə sosial təminat növləri üzrə 240 minədək təyinat e-qaydada həyata keçirilib
Sosial həyat

Ötən dövrdə sosial təminat növləri üzrə 240 minədək təyinat e-qaydada həyata keçirilib

Bu ilin ötən dövründə 114 min e-qaydada pensiya, müavinət və təqaüd təyinatı aparılıb. Onlardan 16,3 mini pensiya təyinatları olub.

2019-cu ilin əvvəlindən sosial təminat növləri (pensiya, müavinət və təqaüd) üzrə ödənişlərin təyinatı elektronlaşdırılıb. Ötən dövrdə həmin sosial təminat növləri üzrə 40 mini  pensiyalar olmaqla, ümumilikdə 240 minədək təyinat e-qaydada həyata keçirilib.

Bununla da həmin sosial təminat növlərinə hüququ yaranan vətəndaşların müraciət etmələrinə və sənəd təqdim olunmasına ehtiyac qalmadan, proaktiv xidmət olaraq onlara müvafiq sosial ödənişlər e-qaydada təyin edilib.