Ordumuz “yenilməz erməni ordusu
Siyasət

Ordumuz “yenilməz erməni ordusu" mifini 44 günə dağıtdı

Ölkəmizdə 27 Sentyabr - Vətən müharibəsinin başlandığı gün Anım Günü olaraq qeyd edilir. Azərbaycan xalqı Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən qəhrəmanlarını qürurla anır və onların hər birinin xatirəsini əziz tutur.

Bir il öncə, ilk dəfə dövlətimizin, xalqımızın sarsılmaz birliyi və əzmi ilə müşayiət olunan ilk Anım Günündə Zəfərimizin memarı, Ali Baş Komandan çox önəmli məqamlara toxunmuş və qeyd etmişdi ki, Azərbaycan xalqı Vətən müharibəsində ləyaqət və milli qürur savaşına çıxmışdı: "Müharibə dövründə hamımız bir şüarla yaşadıq: öldü var, döndü yoxdur: Azərbaycan xalqı müharibədə ordumuzun arxasında dayandı. Düşmən Azərbaycan xalqının iradəsini qıra bilmədi. Hər gün ordumuz irəlilədikcə yeni uğurlar, yeni qələbələr qazandıq. ...Biz bütün dünyaya göstərdik ki, Azərbaycan xalqı böyük xalqdır və ədalətsizliklə barışmaq niyyətində deyil. Düşməni diz çökməyə, kapitulyasiya aktına imza atmağa məcbur etdik. Həmin düşmən 30 il ərzində xalqımızın şərəf və ləyaqətini alçaltmağa çalışdı, amma biz onları ağ bayraq qaldırmağa məcbur etdik. Nəticədə yüzlərlə kənd, rayonlarımız bir güllə atmadan azad olundu. Dağlıq Qarabağ münaqişəsi arxada qaldı. Azərbaycan ərazisində Dağlıq Qarabağ ərazisi mövcud deyil. Dağlıq Qarabağ adlı ölünü kim diriltmək istəyirsə, öz ərazisində diriltsin, "Dağlıq Qarabağ" adlı qurum, respublika, cəmiyyət yaratsın, biz də onu tanıyarıq, amma Azərbaycanda yox. Bizim üçün Qarabağ ərazi vahidi var. Bunu mən deyirəm. Hər kəs bu sözlərlə hesablaşmalıdır".

Bəli, qələbənin əldə edilməsinin, müharibənin uğurlu aparılmasının əsas səbəbi xalq-dövlət birliyi, Prezident, Ali Baş Komandan İlham Əliyevin cəmiyyəti səfərbər edə bilməsi, ona özünəinam hissi aşılaması, vahid, sarsılmaz bir qüvvəyə çevirməsidir.

Qələbənin müəllifi, savaşın qəhrəmanı Ordumuzdur, Azərbaycan xalqıdır, Ali Baş Komandandır.

44 günlük Vətən müharibəsi, sadəcə ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmədi, 30 ilə yaxın zaman kəsiyində doğulduqları, boya-başa çatdıqları yurd yerlərinin həsrətilə yaşayan həmvətənlərimizin nisgilinə, ağrı-acılarına son qoymadı, həm də xalqımızın min illərin sınağından keçirərək cilaladığı dəyərlərin - mərdliyin, cəsarətin, Vətən təəssübkeşliyinin, əzmin, iradənin, qətiyyətin yenidən əsas qiymətləndirmə meyarına, ölçüyə çevrilməsinə zəmin yaratdı, illərdən bəri cəmiyyətimizə təslimçilik ruhu aşılamaq üçün sırınan qondarma, saxta "dəyərləri" arxa plana keçirdi...

44 günlük Vətən müharibəsində canını el yolunda fəda edən igidlərimizin, sağlamlığını yurd üçün qurban verən qazilərimizin, düşmənin başına od yağdıran əsgər və zabitlərimizin misilsiz qəhrəmanlığı 200 ildən artıq bir zaman kəsiyində, ən müxtəlif təbliğat vasitələriylə, sıxma-boğmalarla, təzyiqlərlə, düşünən beyinlərimizi, vuran əllərimizi məhv etməklə bizdən alınan, daha doğrusu, alınmasına cəhd göstərilən, əslində isə qanımızda qorunan, içimizə qandallanan döyüş ruhumuzu yenidən şahə qaldırdı, gözümüzə, könlümüzə rahatlıq gətirdi.

30 ilə yaxın bir zaman kəsiyində Ermənistanın siyasi hakimiyyətlərinin apardıqları təbliğatın əsas ideoloji sütunlarından olan "yenilməz erməni ordusu" mifini Azərbaycan Ordusu 44 gün ərzində dağıtdı və "erməni əsgərinin məğlubedilməzliyi" haqqında uydurulan bütün əfsanələr bir göz qırpımında sabun köpüyü kimi havaya sovruldu.

Erməni ordusu dünyanın ən şərəfsiz ordusu, erməni əsgəri isə bəşər tarixinin ən ləyaqətsiz əsgəridir. Bunu 120 ilə yaxın bir zaman kəsiyində ermənilərin Azərbaycanda, Türkiyədə, Türküstanda, bütövlükdə türklərin yaşadıqları bütün ərazilərdə gerçəkləşdirilən, günahsız insanların, körpələrin, qadınların, yaşlıların misli görünməmiş bir amansızlıqla qətlə yetirilməsi ilə müşayiət olunan soyqırımı aktları da sübuta yetirir.

44 günlük müharibə dövründə "görkəmli erməni sərkərdələri"nin səsləri gizləndikləri "siçan deşikləri"ndən, bunkerlərdən gəldi, əksəriyyəti isə əsgərlərindən bir neçə kilometr öndə qaçdılar. Xocalıda dinc sakinlərə divan tutan, bəşər tarixinin ən ağır soyqırımı cinayətinə qanlı imza atan köçəryanlar, sarkisyanlar, ohanyanlar müharibə zamanı Qarabağa gəlsələr də, qısa bir müddətdən sonra gəldikləri yerə qaçdılar.

"Azərbaycanlılar vuruşmayacaq" deyib özlərinə təsəlli verən bu fərarilər, cəlladlar, qorxaqlar qarşılarında dişiylə, dırnağıyla, yalın əliylə savaşan, keçilməz dağları aşan, düşmənə göz açmağa imkan verməyən, ölümə meydan oxuyan qəhrəman Azərbaycan oğullarını görüb dünyaya gəldiklərinə peşman oldular.

Bu gün işğaldan azad edilmiş Azərbaycan ərazilərində törədilən vəhşiliklərin izinə, darmadağın edilmiş, torpağı-daşı daşınmış yaşayış məntəqələrinə, uçurulmuş mədəniyyət abidələrinə, dağıdılmış məscidlərə, məzarlara, viran qoyulmuş evlərə nəzər salanda ermənilərin özləri haqqında uydurduqları miflərin bütün komponentlərini görmək mümkündür. "Qədim tarix və mədəniyyət" barədə bütün dünyaya üfürdükləri yalanları da həmçinin...

Bu gün ortalıqda bütün cizgiləri ilə gerçək bir erməni obrazı var! Düşdükləri durumun nə qədər faciəli olduğunu anlamaları üçün isə bircə dəfə güzgüyə, yaxud Bakıdakı Hərbi Qənimətlər Parkının görüntülərinə baxmaları yetərlidir.

27 sentyabr isə təkcə Anım Günü deyil, milli qürur günüdür. 27 sentyabr Milli iradəmizin təntənəsidir. Məğlubiyyətə, məğlub xalq sindromuna son verdiyimiz, Vətən naminə ölümə meydan oxuduğumuz, zülmü yendiyimiz, müstəqilliyimizi, dövlətimizi, bayrağımızı qanımızla, şərəfimizlə ucaltdığımız gündür.

Müzəffər Xalqın, Qalib dövlətin bir parçası olmaqdan isə gözəl, əsrarəngiz, təkrarolunmaz hiss yoxdur. Bu qüruru bizə yaşadan şəhidlərimiz, qazilərimiz, Vətən müharibəsində iştirak edən qəhrəman əsgər və zabitlərimiz və təbii ki, Zəfərimizin memarı olan Ali Baş Komandanımızdır!

Azər KƏRİMLİ,

Milli Məclisin deputatı.