Onun xatirəsi həmişə bizimlədir
Region

Onun xatirəsi həmişə bizimlədir

Sabirabad rayonu 9 saylı orta məktəbində 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Nurlan Zeynalovun xatirəsinə həsr olunmuş tədbir keçirildi.  

Tədbirdə məktəb kollektivi şəhidin valideynləri,  YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov,  Sabirabad RİHB-nin şöbə müdiri Müslüm Rzayev,  Sabirabad Rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev,  Mil-Muğan Regional Təhsil İdarəsinin sektor müdiri Pəhləvan Qarayev,  rayon Veteranlar Şurasının sədri Faiq Hüseynov,  Qafqaz Ruhanilər İdarəsinin Sabirabad nümayəndəsi Ağakərim Sadıqov iştirak və çıxış etdilər.  Şəhidin müəllimləri Nurlanın məktəb həyatı ilə bağlı xatirlərini dilə gətirdilər: “Dərs əlaçısı, son dərəcə intizamlı, tərbiyəli, çalışqan şagird idi. İşğal altında olan torpaqlarımızdan söz düşəndə, gözü yol çəkir, baxışlarından qəzəb, nifrət duyulurdu. Nurlan elə bu amalla da döyüşə yollandı. O, cismən bizdən ayrılıb, ölüm bu dünyada son deyil. İgid şəhid balamız ruhən, mənən bizimlədir”. 

Sonda məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndi.

                                           Tofiq HÜSEYN,

                                           “Respublika”.