ONLARI ZİYARƏT ETMƏK BORCUMUZDUR
Region

ONLARI ZİYARƏT ETMƏK BORCUMUZDUR

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev YAP rayon Təşkilatının sədri Eldar Əsədov birlikdə "Rəşadət" ordenli, Vətən müharibəsi şəhidi Qənbər Qənbərlinin rayonun Kəngərli kəndində yaşayan ailəsində olub, onların qayğıları ilə maraqlanıb.

Qənbər Qənbərli 1993- il sentyabrın 10-da Tərtər rayonunun Kəngərli kəndində anadan olub. Azərbaycan Ordusunun baş leytenantı olan Qənbər 2020-ci il sentyabrın 27- Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Sentyabrın 27- Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapılmayıb. 22 may 2021-ci ildə nəşi tapılıb ailəsinə təhvil verilib. Tərtər rayonunun Kəngərli kəndində dəfn olunub.

Sağlığında "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə təltif olunmuş qəhrəman baş leytenantımız Qənbər Qənbərli Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra III dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda", "Şücaətə görə" "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib. Bir övladı yadigar qalıb.

"Rəşadət" ordenli Qənbər Qənbərlinin xatirəsinə ehtiram əlaməti olaraq onun adı əbədiləşdirilib. Rayon mərkəzində doğulduğu kənddə adına küçə verilib, kənddə şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinə onun da şəkli həkk olunub.

Ziyarət zamanı rayon rəhbəri bizi ərazi bütövlüyümüzə qovuşduran, Şanlı Zəfər tariximizi yazan şəhidlərimizin xatirəsinin heç vaxt unudulmayacağını bildirib, Qənbər Qənbərlinin keçdiyi şərəfli ömür yolundan söhbət açıb.

Şəhidin ailə üzvləri diqqət qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Vəli VƏLİYEV,

"Respublika".