Ombudsmanın nümayəndəsi beynəlxalq tədbirdə iştirak edib
Digər xəbərlər

Ombudsmanın nümayəndəsi beynəlxalq tədbirdə iştirak edib

Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Komitəsi çərçivəsində fəaliyyət göstərən Ədliyyə, azadlıq təhlükəsizlik, insan hüquqları demokratiya məsələləri üzrə altkomitənin Brüsseldə 10-cu iclası keçirilib.

Qurumun mətbuat xidmətinin məlumatında deyilir ki, altkomitənin iclasında Azərbaycan Respublikasının müvafiq dövlət qurumlarının, o cümlədən ölkəmizin Avropa İttifaqı yanında Nümayəndəliyinin məsul əməkdaşları, Avropa Xarici Fəaliyyət Xidmətinin, Avropa Komissiyasının müxtəlif struktur bölmələrinin rəsmiləri iştirak ediblər. Tədbirdə qarşılıqlı əməkdaşlıq çərçivəsində fəaliyyət istiqamətlərinə uyğun məsələlər üzrə geniş müzakirələr aparılıb.

İclasda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı Aparat rəhbərinin müavini, Milli Preventiv Qrupun rəhbəri Rəşid Rumzadə təmsil edib.

R.Rumzadə "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişikliklər layihəsi barədə geniş məlumat verib   Avropa İttifaqı təmsilçilərinin suallarını cavablandırılıb.

"Respublika".