Ombudsmanın Ağdam rayonu Yusifcanlı kəndində baş vermiş mina hadisəsinə münasibəti
Digər xəbərlər

Ombudsmanın Ağdam rayonu Yusifcanlı kəndində baş vermiş mina hadisəsinə münasibəti

Azərbaycan Respublikasının işğaldan azad edilmiş Ağdam rayonu Yusifcanlı kəndi ərazisində iki nəfər dinc sakinin həlak olması ilə nəticələnən mina partlayışı baş verib.

Dinc mülki insanların davamlı olaraq həyat sağlamlığına qəsd edən Ermənistanın mina terrorunu kəskin şəkildə pisləyir, həlak olanlara Allahdan rəhmət diləyirəm.

Ermənistan 30 ilə yaxın bir dövr ərzində Azərbaycanın Qarabağ bölgəsindəki şəhər rayonlarını yalnız işğal altında saxlamaqla kifayətlənməyib, həm günahsız insanları qətlə yetirmək məqsədilə həmin əraziləri qəsdən kütləvi şəkildə minalayıb.

Təəssüflə qeyd edirik ki, torpaqlarımızın işğaldan azad edilməsindən sonrakı dövrdə baş vermiş çoxsaylı mina partlayışları nəticəsində indiyə qədər ümumilikdə 286 nəfər mina terrorunun qurbanına çevrilib onlardan 48 nəfəri həlak olub.

Ermənistan isə nəinki ötən illər ərzində basdırdığı minaların dəqiq xəritələri haqqında ölkəmizə məlumat vermir, bu gün təxribatlarını davam etdirərək işğaldan azad olunmuş ərazilərimizi yenidən minalarla çirkləndirir, nəticədə mülki şəxslərin hərbçilərin həyatı ciddi təhlükə altına düşür.

Bir daha dünya ictimaiyyətinə, o cümlədən insan hüquqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatlara səslənərək insan hüquq azadlıqlarının müdafiəsi məqsədilə bu məsələdə qətiyyətli mövqe nümayiş etdirməyə çağırıram.