Ombudsman “Qaliblər düşərgəsi”ndə şəhid övladları ilə görüşüb
Digər xəbərlər

Ombudsman “Qaliblər düşərgəsi”ndə şəhid övladları ilə görüşüb

2021-ci il 13 iyul tarixdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanların övladları üçün Şüvəlanda A.S. Makarenko adına Humanitar Fənlər Təmayüllü Respublika İnternat Tipli Gimnaziyada fəaliyyətə başlayan 14 günlük “Qaliblər düşərgəsi”ni ziyarət edib.

Qurumun mətbuat xidmətinin məlumatında deyilir ki, “For Azerbaijan” Xeyriyyə Təşkilatının təşəbbüsü, Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı və bir sıra yerli qurumların birgə dəstəyi ilə təşkil olunmuş 13-14 yaşlı yeniyetmələr üçün nəzərdə tutulmuş bu düşərgənin məqsədi şəhid övladlarının sağlam və intellektual inkişafına dəstək vermək, onların yay tətilini daha da maraqlı etməkdir. 

Düşərgədə olan zaman Müvəkkil uşaqların qidalanmasının, sağlamlıqlarının təmini və asudə vaxtlarının təşkili ilə maraqlanıb.   

Ombudsman düşərgədə iştirak edən şəhid övladları ilə görüşərək onlarla xoş bir gün keçirib. Səbinə Əliyeva  uşaqların istək və arzuları ilə maraqlanıb, ehtiyaclarını öyrənib, habelə, onlara  problemlərinin həlli üçün Ombudsmana müraciət etmək hüquqları barədə məlumat verib.

Sonda Müvəkkil tərəfindən düşərgədə olan hər bir uşağa “Uşaq hüquqları haqqında beynəlxalq Konvensiya” da daxil olmaqla maarifləndirici vəsaitlər, həmçinin müxtəlif hədiyyələr təqdim edilib.

Zümrüd QURBANQIZI,

“Respublika”.