Ombudsman AŞPA-nın Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin nümayəndələrini qəbul edib
Digər xəbərlər

Ombudsman AŞPA-nın Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin nümayəndələrini qəbul edib

Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbərinin müavini Kamal Cəfərov da iştirak edib.

S.Əliyeva görüş zamanı qonağa "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanunu, Ombudsman təsisatının yaranma tarixi və mandatı haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, ölkəmizin Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərdən biri də Ombudsman təsisatının yaradılması olmuşdur. Bu il təsisatın fəaliyyətə başlamasının 20 ilinin tamam olduğunu bildirən Ombudsman ötən dövr ərzində beynəlxalq meyarlar da nəzərə alınmaqla fəaliyyətin daha da təkmilləşdirildiyini vurğulayıb.

Avropa Şurası ilə əməkdaşlığa hər zaman böyük önəm verdiyini bildirən S.Əliyeva Ombudsman təsisatının bu qurum ilə birgə həyata keçirdiyi "Şərq tərəfdaşlığı ölkələrində ayrı-seçkilik, nifrət zəminində cinayət qurbanlarının hüquqlarının müdafiəsi üçün məhkəmədənkənar mexanizmlər vasitəsilə ədliyyəyə çıxış imkanlarının gücləndirilməsi" adlı regional layihə çərçivəsində həyata keçirilən fəaliyyət barədə geniş məlumat verib.

Qeyd olunub ki, həmin layihə çərçivəsində təsisatın əməkdaşları ayrı-seçkiliklə mübarizə sahəsində bilik və təcrübələrini artırmış, müvəkkilin bu istiqamətdə mandatının genişləndirilməsi ilə bağlı işlər görülmüşdür.

Səmimi qəbula görə Müvəkkilə təşəkkürünü bildirən qonaq qurumlar arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində görülən işləri müsbət qiymətləndirib, gələcək əməkdaşlıq perspektivləri ilə bağlı fikirlərini bölüşüb.

AZƏRTAC