Ombudsman Aparatının kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
Sosial həyat

Ombudsman Aparatının kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Ombudsman Aparatının mətbuat xidmətindən bildirilir ki, müstəqil Azərbaycanın memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Aparatın kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə əklil və tər güllər qoyub, əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi anılıb, məzarı önünə güllər düzülüb.

“Respublika”.