Ölkəmizin müstəqilliyinə hesablanmış iqtisadi strategiya
Siyasət

Ölkəmizin müstəqilliyinə hesablanmış iqtisadi strategiya

Bu gün Azərbaycan beynəlxalq aləmə sürətlə inteqrasiya edən, dinamik iqtisadi inkişafını etibarlı siyasi sabitliyini təmin etmiş müstəqil bir dövlətdir. Artıq dövlətimiz mötəbər kürsülərdən öz sözünü deməyə, öz haqlı mövqeyini bildirməyə qorumağa qadir, zəngin iqtisadi potensiala malik bir dövlətdir. Müstəqilliyin ilk illərində məlum səbəblərdən bərbad hala düşmüş Azərbaycan iqtisadiyyatında tərəqqiyə nail olunmasına, çox kövrək zəif dövlət siyasətinin güclü aparıcı mövqeyə yüksəlməsinə, qədim tarixi çoxəsrlik zəngin mədəniyyəti olan uca millətimizin bütün dünyada tanıdılması istiqamətində yorulmaz fəaliyyətinin nəticələrinə, eləcə respublikamıza məharətlə başçılıq etdiyinə görə, hələ uzun illər öncədən xalqımızın qəlbində əvəzsiz dövlət xadimi olaraq dəyərləndirilmiş ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi müxtəlif dövrlərdə müəyyən etdiyi həyata keçirdiyi strategiya bütün sahələrdə əldə olunan uğurların əsasını təşkil edir.

Dünya təcrübəsindən məlumdur ki, dövlət başçısı ölkənin inkişaf tələblərini xalqın mənafeyini dəqiqliklə qiymətləndirməyə qadir olan, ölkənin mədəni, iqtisadi təbii resurslarını, potensialını əhalinin rifahı dövlətçiliyin inkişafına yönəltməyi bacaran şəxs olmalıdır. Bu mənada Azərbaycan xalqı xoşbəxtdir ki, tarix xalqımıza Heydər Əliyev kimi dünyamiqyaslı siyasətçinin simasında əsl ümummilli liderə xas olan parametrlərə tam cavab verən, eləcə xalqımızın dövlətimizin qarşısında duran çətinlikləri aradan qaldırmaqla Azərbaycan dövlətini qısa zamanda hüquqi, dünyəvi, demokratik inkişaf yoluna çıxarmağa qadir olan dövlət başçısı, ümummilli lider bəxş etmişdir.

Xalqımızın 30 ildən artıq tarixi dövrü məhz Heydər Əliyev kimi böyük bir şəxsiyyətin adı ilə bağlı olmuşdur. Hələ 1969-cu ildə Azərbaycan Kommunist Partiyasının birinci katibi vəzifəsinə təyin olunmuş Heydər Əliyev qısa zamanda öz gərgin əməyi sayəsində Azərbaycan Respublikasını digər SSRİ respublikaları arasında önə çıxarmışdır. Ölkədə demək olar ki, bütün sahələr üzrə inkişaf tendensiyası hiss edilirdi. Prosesləri ardıcıl sistemli izlədikdən sonra əminliklə demək olar ki, Ulu Öndərin 70-ci illərdə həyata keçirdiyi iqtisadi strategiya Azərbaycanın gələcək müstəqilliyinə hesablanmışdı.

Ulu Öndər həmin zamanı, gerçəkləşdirilən layihələri sonradan xatırlayarkən belə demişdir: "Bəli, mən istəyirdim ki, Azərbaycan müstəqil olsun. Hər şeydən əvvəl, iqtisadi cəhətdən. Çünki istənilən müstəqilliyin əsasında iqtisadiyyat durur. Məsələn, mən burada çoxlu elektrik stansiyaları tikdirdim. Məndən soruşurdular ki, bunlar sənin nəyinə lazımdır? Mən onlara bunu üçün etdiyimi demirdimAmma mən istəyirdim ki, mənim ölkəm, mənim xalqım istənilən şəraitdə müstəqil yaşaya bilsin".

Həmin dövrlərdə Azərbaycana ittifaq daxili baxışlar birmənalı xoş deyildi. Ölkəmizin böyük potensialı olsa da, neft qazdan yüksək miqdarda gəlir əldə edilsə , Moskva tərəfindən sanki soyğunçuluq siyasəti həyata keçirilir, Azərbaycana çox az miqdarda maliyyə ayrılır, davamlı inkişafa zəmin yaradan layihələr həyata keçirilmirdi.

1969-cu ildə dahi şəxsiyyət Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsilə bu vəziyyət dəyişdi Azərbaycanın dövlət olaraq hərtərəfli formalaşmasının, davamlı inkişafının əsası qoyuldu. 1969-cu ilə qədər keçmiş SSRİ-nin aqrar respublikası kimi tanınan Azərbaycan qısa müddət sonra inkişaf etmiş sənaye ölkəsinə, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan bir diyara çevrilmişdir. Şübhəsizdir ki, ulu öndərimiz Heydər Əliyevin Azərbaycana rəhbər seçildiyi həmin tarix ölkəmizin müstəqillik salnaməsinin, parlaq işıqlı yolunun başlanğıcıdır.

Görkəmli dövlət xadiminin uzaqgörən siyasəti yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan bir neçə il sonra SSRİ- ən qabaqcıl respublikaya çevrildi. Müasir texnika texnologiyalarla təchiz olunmuş yeni sənaye müəssisələrinin yaradılması, müasir təsərrüfatçılıq ənənələrinin formalaşdırılması bir sıra köklü islahatlar respublikanı aqrar regiondan aqrar-sənaye regionuna çevirmişdir. Ümumilikdə, ulu öndərin Azərbaycanda birinci hakimiyyətdə olduğu 1969-1982-ci illərdə respublikamızda 213 yeni iri sənaye müəssisəsi istifadəyə verilmiş, dünyanın 65 ölkəsinə 350 adda məhsul ixrac olunmuşdur. Həmin illər ərzində Azərbaycanın milli gəlirinin ümumi həcmi 2,5 dəfə artmışdır. Keçmiş ittifaqın 170 aparıcı elm təhsil ocağına 15 mindən çox azərbaycanlı gənc təhsil almağa göndərilmişdir. Bundan əlavə, 1970-ci ildə mütəxəssislər qeyd edirdilər ki, son 100 ildə 1 milyard ton neft istehsal etmiş, İkinci Dünya müharibəsi illərində SSRİ-nin neftə olan ehtiyacının 75 faizini ödəmiş Azərbaycanın neftayırma zavodları hələ çar dövründə inşa edildiyinə görə müasir tələblərlə ayaqlaşmır. Buna görə ulu öndər Heydər Əliyev SSRİ Nazirlər Soveti qarşısında məsələ qaldırmış Bakıdakı bütün neftayırma müəssisələrinin tamamilə yenidən qurulmasına, bir çoxunun isə yenidən tikilməsinə nail olmuşdur. Eyni zamanda 70-ci illərdə paytaxt Bakı şəhəri daxil olmaqla, Azərbaycanın bir çox bölgələrində elektrotexnika, radiotexnika, cihazqayırma, dəzgahqayırma zavod müəssisələri tikilib istifadəyə verilmişdir.

Ümummilli Lider həmin illərdə Azərbaycanın tarixi mədəniyyətinə, elm təhsilinə böyük qayğı göstərmiş, bu istiqamətdə mühüm addımlar atmışdır. Görkəmli dövlət xadimi Heydər Əliyevin bilavasitə göstərişi rəhbərliyi ilə Azərbaycanda 52 memarlıq abidəsində bərpa işləri aparılmış, 650-dən çox tarix mədəniyyət abidəsinin pasportu hazırlanmışdır. Dahi şəxsiyyətin Azərbaycanda savadlılığın artırılması yolunda gördüyü işlərin nəticəsi idi ki, əgər 1969-cu ildə ölkəmizdə 765 orta məktəbdə ildə 73 min şagird təhsil alırdısa, 1981-ci ildə 335 min şagirdi əhatə edən 2625 məktəb günüuzadılmış qrup fəaliyyət göstərirdi. Ümummilli Liderin hakimiyyətinin birinci dövründə ali məktəblərdə 100-dən artıq ixtisas açılmış, 6 yeni ali məktəb, 12 orta ixtisas məktəbi yaradılmışdır. Həmin dövrdə keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ən nüfuzlu ali məktəblərində respublikamızın xalq təsərrüfatı, elm, təhsil mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən ən zəruri ehtiyac duyulan 250 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gənc ali təhsil almışdır. Azərbaycan öz müstəqilliyinə qovuşanda həmin gənclər yeni yaranmış dövlətin ən kritik nöqtələrində idarəedici yüksəkixtisaslı kadr kimi fəaliyyət göstərməyə başladılar.

Onu da qeyd etmək lazımdır ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərliyi bir-birindən ciddi surətdə fərqlənən iki müxtəlif sistemə - sosializm demokratik cəmiyyət dövrünə təsadüf edir. Hər iki sistemdə ölkəyə uzun illər rəhbərlik etmiş dahi Heydər Əliyev istər sosializm, istərsə bazar iqtisadiyyatı şəraitində Azərbaycan Respublikasını ağır böhran vəziyyətində qəbul etmişdir. Eyni zamanda hər iki sistemdə tezliklə böhran aradan qaldırılmış sürətli tərəqqiyə nail olunmuşdur. Bütün bunlar isə belə bir haqlı sual doğurur: bu uğurları ölkəmizə bəxş edən hansı amillər səbəblərdir? Təbii ki, bu suala müxtəlif cavablar verilə bilər, amma ölkəyə uğur gətirən başlıca amilin ümummilli lider Heydər Əliyevin islahatçılıq məharəti yüksək idarəçilik keyfiyyətləri olması danılmazdır. Bir faktı qeyd etmək kifayətdir ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrün 1970-1980-ci illəri əhatə edən on ili ərzində ölkəmizin kənd təsərrüfatına ondan əvvəlki yarım əsr ərzində, yəni 1920-1970-ci illərdə cəlb edildiyindən daha çox sərmayə qoyulmuşdur. Bu isə hazırda da sürətlə inkişaf edən kənd təsərrüfatında dinamik inkişafın əsasını qoymuş, hələ o zaman Azərbaycanı digər müttəfiq respublikalardan önə çıxarmışdı.

Müstəqillik illərində Ümummilli Liderin hakimiyyətə qayıdışı təlatümlü, xalqımız üçün taleyüklü bir dövrə təsadüf edirdi. Belə ki, 1993- ildə xalqın təkidli xahişi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin qarşısında müstəqil respublikamızı dünya xəritəsindən silinmək təhlükəsindən, ölkədə hər an baş verə biləcək vətəndaş müharibəsindən azad etmək kimi məsuliyyətli tarixi vəzifələr dururdu. Ulu Öndərin uzun illər ərzində qazandığı siyasi təcrübə, idarəçilik bacarığı doğma vətəninə olan məhəbbəti onun xalqı ilə birlikdə bu missiyanın öhdəsindən şərəflə gələcəyinə heç kimdə şübhə doğurmurdu. Heç zaman seçimində yanılmayan xalqımız bu dəfə çox düzgün seçim etmişdir. Ulu Öndər Heydər Əliyev bütün bacarığını səfərbər edərək ölkədə baş alıb gedən tənəzzülü dayandırdı tezliklə tərəqqiyə nail olundu. Ölkədə mövcud olan problemlər tədricən həllini tapdı, iqtisadi siyasi sabitlik təmin olundu beləliklə, iqtisadi inkişafın sürətləndirilməsi, ölkəmizin beynəlxalq arenada nüfuzunun artırılması, Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılması s. istiqamətlərdə konkret proqram layihələrin işlənib hazırlanmasına başlanıldı.

Ulu Öndər 1994- il iyunun 21- respublika iqtisadiyyatının həyatının digər sahələrinin cari məsələlərinə həsr olunmuş müşavirədəki nitqində belə demişdi: "Biz respublikamızda hüquqi-demokratik dövlət qurmaq yolu ilə gedirik. Bu, dövlət quruculuğunda, siyasi sahədə strateji yolumuzdur. Bununla, çox sıx əlaqədə iqtisadiyyatın demokratik yollarla idarə edilməsidir, yəni iqtisadiyyatda demokratik islahatlar aparılması, bazar iqtisadiyyatı yoludur. Bütün bunlar kompleks şəkildə respublikamızı gələcəyə aparan yollar, istiqamətlərdir".

Qısa müddət ərzində Azərbaycanda demokratik prinsiplərin bərqərar olması, qayda-qanunun daha etibarlı qorunması təmin edilməklə hərc-mərcliyə, özbaşınalığa son qoyuldu güclü investisiyaya yol açıldı.

Azərbaycan neftinin dünya bazarına çıxarılması, əldə olunan gəlirlə milli büdcəni bərpa etmək, möhkəmləndirmək, əhalinin sosial səviyyəsinin yüksəldilməsi Ulu Öndərin uğurlu iqtisadi siyasətinin nəticəsi idi. 1994- il sentyabrın 20- Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi "məhsulun pay bölgüsü" haqqında müqavilə imzalandı. Müqavilə neft sahəsində Heydər Əliyevin qazandığı uğurların hələ başlanğıcı idi. Azərbaycan üçün həyati əhəmiyyəti olan bu müqavilə həm respublikanın daxilində sabitliyin bərqərar olunması, həm xarici siyasətdə uğurların əldə edilməsində müstəsna rol oynadı.

Heydər Əliyevin özünün vurğuladığı kimi, "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycan Xəzər dənizi onun enerji ehtiyatlarını bütün dünyanın üzünə açdı bu hadisənin ölkənin gələcəyi üçün dərəcədə əhəmiyyətli olduğunu tarixçilər yazacaqlar".

"Əsrin müqaviləsi"nin imzalanması ilə yanaşı, hasil olunacaq neftin dünya bazarına çıxarılması üçün əlverişli marşrutun axtarılıb tapılması da mühüm əhəmiyyət kəsb edirdi. Heydər Əliyev Azərbaycan neft kəmərinin çoxvariantlılığı ideyası ilə çıxış edərək Bakı-Supsa kəmərinin işə salınmasına, eyni zamanda "Əsrin müqaviləsi" çərçivəsində hasil olunacaq əsas neftin nəqli üçün "Bakı-Tbilisi-Ceyhan" neft kəmərinin inşa edilməsi üzrə danışıqların intensivləşdirilməsinə nail oldu.

1999-cu ilin noyabrında Azərbaycan, Gürcüstan Türkiyə prezidentləri ABŞ-ın dövlət başçısının iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin inşa edilməsinə dair hökumətlərarası saziş imzalanmış, bu kəmərin çəkilməsi yolunda yaradılan çoxsaylı əngəllərə baxmayaraq, Ulu Öndərimizin siyasi iradəsi uzaqgörənliyi sayəsində maneələrin hamısı dəf edilərək bu layihənin gerçəkləşməsi reallığa çevrildi, 2003- ildə kəmərin tikintisinə başlanıldı. Çox çətinliklərə baxmayaraq, Heydər Əliyevin seçdiyi yol uğurlu oldu Azərbaycan nefti dünya bazarına çıxarıldı.

Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf strategiyasının Heydər Əliyev tərəfindən düzgün seçildiyini artıq 1996- ildə müşahidə olunan iqtisadi sabitlik 1997-ci ildən başlanan sosial-iqtisadi inkişaf xətti daha bariz şəkildə nümayiş etdirir. Azərbaycanın sərbəst bazar münasibətlərinə əsaslanan liberal iqtisadiyyat xəttini dəstəklədiyini dünyaya bəyan edən ulu öndərin böyüklüyü ondadır ki, o, həqiqi müstəqilliyin, siyasi azadlığın iqtisadi qüdrət inkişafdan keçdiyini bilir ölkənin məhz belə bir yolla irəliləməsini təqdir edirdi.

Heydər Əliyev həm Azərbaycan qazının dünya bazarlarına çıxarılması üçün nəzərdə tutulan regionun kifayət qədər əhəmiyyətli layihəsi hesab olunan Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin təməlini qoydu.

Bu layihələrin, dərin, hərtərəfli iqtisadi idarəetmənin nəticəsi olaraq 1991-1995-ci illərdə ölkədə ÜDM 58 faiz, sənaye məhsulu 67 faiz; kənd təsərrüfatı məhsulu 48 faiz; əsaslı vəsait qoyuluşu 48,5 faiz azaldığı halda, Ulu Öndərin rəhbərliyi ilə qısa müddətdə ölkədə islahat islahat-inkişaf xarakterli makroiqtisadi sabitləşmə tədbirlərinin həyata keçirilməsi nəticəsində 1997-2003- illərdə ÜDM 74,8 faiz; sənaye məhsulu 30,8 faiz; kənd təsərrüfatı məhsulu 58,0 faiz; əsaslı vəsait qoyuluşu isə 4,7 dəfədən çox artmış, adambaşına düşən ÜDM-in həcmi 1993- ildə 179,9 dollar, 1995-ci ildə isə 319,3 dollar olduğu halda, bu rəqəm 2003- ildə 1995-ci ilə nisbətən 4,9 dəfədən çox artaraq 879,7 dollara, xarici ticarət dövriyyəsinin həcmi 4 dəfə artaraq 5,28 milyard dollara çatmış, habelə ticarət dövriyyəsinin ümumi strukturunda idxal 3,9 dəfə, ixrac isə 4,1 dəfə artmışdır.

İqtisadiyyatımızın bütün sahələrinin davamlı dayanıqlı inkişafının təmin edilməsinin əsasını təşkil edən Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan milli iqtisadi inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu Öndər Heydər Əliyevin müstəqil inkişaf strategiyasının dəqiqliklə hazırlanması ölkə Prezidenti İlham Əliyevin bu kursu tam uğurla davam etdirməsi ölkə iqtisadiyyatının bütün sahələrinin dinamik inkişafının əsasını təşkil edir. Son on beş il ərzində Azərbaycan iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artmış, qeyri-neft ixracı 4,1 dəfə çoxalmışdır. İşsizlik 5 faizə, yoxsulluğun səviyyəsi isə 50 faizdən 5,4 faiz səviyyəsinə endirilmişdir. Azərbaycanın valyuta ehtiyatları 1,8 milyard dollardan (2004- il) 46 milyard dollara (2018-ci il) çatmışdır. 2003-2018-ci illərdə iqtisadiyyata 250 milyard dollar investisiya qoyulmuşdur. Müstəqillik illərində ölkə iqtisadiyyatına yatırılan sərmayənin 93 faizini təşkil edən həmin investisiyanın təxminən yarısı daxili mənbələrin payına düşür. Növbəti illərdə ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Dövlət proqramları, inkişaf konsepsiyaları strategiyalar çərçivəsində inkişafa istiqamətləndirilmiş tədbirlərin həyata keçirilməsi uğurla davam etdirilmiş, belə ki, 2022-ci ildə ölkədə istehsal edilmiş ÜDM-in həcmi əvvəlki ilə nisbətən 4,6 faiz, qeyri-neft sektoru isə əvvəlki il ilə müqayisədə 9,1 faiz artmışdır. Ölkədə şaxələndirilmiş iqtisadiyyatın davamlı inkişafı son illərdə, o cümlədən 2022-ci ildə qeyri-neft sektorunun dinamik inkişafını təmin etmiş, yəni bu ildə qeyri-neft sektoru ÜDM 52,2 faiz neft sektoru isə 47,8 faiz təşkil etmişdir.

Ulu Öndərin milli iqtisadi inkişaf strategiyasının uğurla reallaşdırılmasının nəticəsində ölkəmizdə, dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, davamlı dayanıqlı inkişaf təmin edilmişdir. Qlobal iqtisadi böhrana baxmayaraq, ümumi iqtisadiyyatımız 6,2 faiz, qeyri-neft iqtisadiyyatı 9,6 faiz, sənaye sahəsində ümumi sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənayesi sahəsində 11,5 faiz artmışdır.

Beləliklə, iqtisadi inkişafın Azərbaycan modelinin formalaşması inkişafı nəticəsində uzunmüddətli perspektivdə Azərbaycanın sosial-iqtisadi inkişaf trayektoriyası yüksək dərəcədə perspektivlidir. Ölkəmizdə inzibati-amirlik sistemi ləğv edilərək bazar iqtisadiyyatı prinsipləri bərqərar olmuşdur; müstəqil, demokratik, hüquqi dövlətin əsasları qoyulmuş ölkə yüksək inkişaf mərhələsinə daxil olmuşdur; transformasiya prosesi uğurla aparılmış özünün son mərhələsinə qədəm qoymuşdur; qapalı sosial-iqtisadi sistem xaricə açılmış "açıq qapı" siyasətinin tətbiq edilməsi nəticəsində bərabərhüquqlu dövlət kimi qlobal iqtisadi sistemə inteqrasiya prosesi sürətlənmişdir; xarici kapital geniş miqyasda cəlb edilərək, resurs amillərindən intensiv istifadə edilməsinə başlanmışdır; ölkədə yaradılmış yeni imkanlar daxili mənbələrin hərəkətə gətirilməsi, iqtisadiyyatın strukturunun yenidən qurulması, informasiya texnologiyalarının sürətli inkişafı bütün sahələrdə modernləşdirmə xəttinin həyata keçirilməsi məqsədlərinə xidmət edir bu sahədə ciddi irəliləyişlər mövcuddur; həyata keçirilən qlobal əhəmiyyətli infrastruktur layihələri Azərbaycanın Avrasiya məkanında mərkəzi nəqliyyat dəhlizinə çevrilməsi üçün geniş imkanlar yaratmışdır; siyasi müstəqillik iqtisadi müstəqilliklə möhkəmləndirilmişdir. Tam müstəqil balanslaşdırılmış iqtisadi siyasət yeritməklə ölkənin milli təhlükəsizliyini onun mühüm tərkib hissələri olan iqtisadi təhlükəsizliyini, enerji təhlükəsizliyini ərzaq təhlükəsizliyini qısa zaman kəsiyində təmin edə bilmişdir; ölkə qısa tarixi dövr ərzində kapital idxal edən ölkədən ixrac edən ölkəyə, təbii qaz idxal edən ölkədən ixrac edən ölkəyə çevrilmiş, bir çox həyati əhəmiyyətli məhsullarla öz ehtiyaclarını təmin edir; ölkənin əlverişli geosiyasi vəziyyətindən məharətlə istifadə edilməsi Azərbaycanın regionda lider dövlətə çevrilməsinə qabaqcıl dünya dövlətləri arasında mövqeyinin möhkəmləndirilməsinə səbəb olmuşdur.

Yaradılmış möhkəm iqtisadi təməl siyasi, hərbi sosial-mədəni proseslərə dinamizm verir. Bu gün mübaliğəsiz deyə bilərik ki, Ulu Öndərin siyasi kursu, yaratdığı strateji iqtisadi dəyərlər bu dəyərlərin Prezident İlham Əliyev tərəfindən uğurla idarə edilməsi, Ulu Öndərin siyasi kursunun yüksək peşəkarlıqla davamı Azərbaycanı regional gücə, qlobal siyasi-iqtisadi maraqların tənzimləyici məkanlarından birinə çevirmişdir.

İsrafil MƏMMƏDOV,

Azərbaycan Memarlıq İnşaat Universitetinin iqtisadi təsərrüfat işləri üzrə prorektoru.