ÖLKƏMİZİN DÜNYAYA ÖRNƏK OLAN İNKİŞAF MODELİ BÖLGƏYƏ DAVAMLI SÜLH VƏ TƏRƏQQİ GƏTİRİR
Siyasət

ÖLKƏMİZİN DÜNYAYA ÖRNƏK OLAN İNKİŞAF MODELİ BÖLGƏYƏ DAVAMLI SÜLH VƏ TƏRƏQQİ GƏTİRİR

Mən Bakıdan Füzuliyə, Cəbrayıla, Zəngilana, Qubadlıya, Laçına qədər və digər istiqamətdə Kəlbəcər və Laçın tərəfdən yüzlərlə kilometr yol qət etmişəm, orada hər şey dağıdılıb. Dağıntıların miqyası elədir ki, insan, sadəcə, mat qalır... Orada heç nə yoxdur, nə yol var, nə işıq, nə qaz, nə su. Heç nə. Tamamilə heç nə.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

İşğaldan azad edilmiş torpaqlarımıza səfər edən istər xarici dövlətlərin media, qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyətinin nümayəndələri, çoxsaylı ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərinin əməkdaşları, istərsə də yerli vətəndaşlarımız həmin əraziləri Xirosima, Naqasaki ilə müqayisə edir, onlara bənzərliyin çox olduğunu deyirlər. Dünyanın istər minilliklər bundan öncə, istər orta əsr, istərsə də nisbətən müasir dövrünün hərb tarixində bəlkə də ermənilər qədər barbar, vəhşi işğalçı olmayıb. Hətta dünyanın ən qanlı və dəhşətli hesab olunan İkinci Dünya müharibəsi zamanı əraziləri zəbt etmək məqsədilə kütləvi dağıntılar törətmiş faşistlər işğal altına aldıqları ərazilərdə abadlıq-quruculuq işləri görür, özləri üçün normal şərait yaratmağa çalışırdılar. Ancaq erməni faşistləri dünyada ən sərt qınaq obyektinə çevrilmiş alman faşistlərindən belə dəhşətli dərəcədə iyrənc və anormaldır. Məsələn, erməni cəlladları və barbarları Ağdam kimi böyük bir şəhəri yerlə-yeksan ediblər, orada bir dənə də olsun salamat bina, tikili saxlamayıblar.

Daha bir misal qismində Füzulidəki dağıntıları qeyd edə bilərik. Oktyabrın 17-də bu rayona səfəri zamanı cənab İlham Əliyev ermənilərin burada törətdikləri vəhşiliklər haqqında demişdi: "Bu gün Füzulidə olarkən hər kəs erməni vəhşiliyinin təzahürlərini görür. Çünki Füzuli ən çox dağıntılara məruz qalmış rayondur. Bir dənə salamat kənd yoxdur, bir dənə salamat bina yoxdur. Füzuli şəhəri tamamilə yerlə-yeksan edilib. Siz yaxşı xatırlayırsınız, Azərbaycan xalqı yaxşı xatırlayır, Füzuli azad olunandan sonra bir bina tapılmadı ki, biz oraya bayrağımızı sancaq. Bayrağımız hərbi hissənin həyətində dirəkdə qaldırılmışdı. Buraya gələn hər bir insan erməni vəhşiliyini, erməni vandallığını görür və bunu artıq heç kim inkar edə bilməz. Təsadüfi deyil ki, ermənilər işğal dövründə buraya heç kimi buraxmırdılar, hətta beynəlxalq təşkilatların nümayəndələrini də buraxmırdılar. Düzdür, işğal dövründə Minsk qrupunun nümayəndələri iki dəfə faktaraşdırıcı missiya ilə bu bölgələrə gəlmişdilər və müvafiq məruzələr hazırlanmışdı. O məruzələrdə göstərilirdi ki, düşmən burada böyük vandallıq törədib. Ancaq bu dərəcədə dağıntıları heç kim təsəvvür edə bilməzdi. Bu, erməni faşizminin eybəcər üzüdür, bütün dünya bunu görür və görməlidir".

Əgər Qarabağ bölgəsi ermənilər üçün dedikləri qədər vacib və tarixən onlara məxsus ərazi olubsa, nə üçün həşarat toplumu kimi zəbt etdikləri həmin torpaqları bu qədər tanınmaz hala salmışdılar? Aydındır ki, onlar öz vəhşi xislətindən, təbii anormallıqdan irəli gələn Azərbaycan xalqına nifrətlərini gizlədə bilməmiş, torpaqdan, ağacdan, çiçəkdən, daşdan belə qisas almışdılar. Bununla yanaşı, Ermənistan işğal dönəmində flora və faunamızı da vəhşicəsinə məhv edib. Təkcə Topxana meşəsinin qırılması bəşəriyyətə qarşı cinayət hesab olunmalıdır. Heç bir dövrdə müharibələrin gedişi zamanı belə vəhşiliklər törədilməyib.

30 il işğaldan sonra öz dədə-baba yurdlarına baş çəkən insanlarımız vandalizm, barbarlıq siyasəti ilə məşğul olmuş, xalqımıza məxsus bütün tarixi, mədəni, dini abidələri, yaşayış evlərini dağıtmış, şəhər və kəndlərimizi viran etmiş vəhşilərin əməllərindən dəhşətə gəlmişlər. Bu ərazilərdə olan 67 məsciddən əksəriyyəti yerlə-yeksan edilmiş, qalanları isə təhqirə məruz qalmışdır, belə ki, məscidlərdən heyvan saxlamaq üçün istifadə olunmuşdur. Ermənistanın maddi və mənəvi soyqırımı törətməsi bu ölkənin həm də əsl terrorçu ölkə olmasından xəbər verir. Ermənistan tərəfi işğal etdiyi ərazilərdə ekoloji terrorla da məşğul olub.

Bütün bunların fonunda, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə abadlıq-quruculuq işlərini uğurla davam etdirir. Bu da ölkəmizin, dövlətimizin böyük iqtisadi potensialından, düzgün və düşünülmüş şəkildə həyata keçirilən iqtisadi siyasətindən, milli ruhumuzun gücündən xəbər verir. Azərbaycan torpaqlarını 30 il müddətində işğalda saxlayan Ermənistan öz məkrli arzu və məqsədlərinə çata bilmədi və heç zaman çata bilməyəcək.

Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycanın erməni işğalından azad edilmiş ərazilərinin tarixi-mədəni, zəngin iqtisadi dəyərləri ilə yanaşı, həm də güclü iqtisadi potensialı da mövcuddur. Qələbəmizin maddi dəyəri işğaldan azad edilmiş torpaqların milli iqtisadiyyatımıza inteqrasiyası ilə hazırda yaradılan yeni iqtisadi düzənindən ibarətdir. Sirr deyil ki, Dağlıq Qarabağ və ətraf rayonlar zəngin təbii resurslara malikdir. Otuz ilə yaxın davam etmiş işğal səbəbindən həmin ərazilərdə mövcud resurslar ermənilər və onların ortaqları tərəfindən vəhşicəsinə istismar edilsə də, Azərbaycan dövləti bu gün vaxtilə istifadəsi qeyri-mümkün olan sərvətlərin əsl sahibi kimi davranır. Görün, bu 30 il milli iqtisadiyyatımız üçün necə də böyük itkilərlə nəticələnmişdir. Ermənistanın işğalçılıq siyasətinə son qoyulduqdan sonra Azərbaycanın öz torpaqlarına məxsus resurslardan istifadəsi milli iqtisadiyyatımızın inkişafı və əhalinin rifah halının daha da yüksəldilməsi üçün geniş imkanlar açır.

Nəzərdə tutulan məqsədlərin həyata keçirilməsi ilə həm Qarabağ  regionunun, həm də ümumilikdə, Cənubi Qafqazın iqtisadi potensialından səmərəli istifadə etmək imkanı yaranacaq. Ona görə də deyə bilərik ki, azad edilmiş ərazilərin bərpası təkcə Qarabağ regionunun və bütünlükdə Azərbaycan iqtisadiyyatının inkişafı baxımından deyil, həmçinin respublikamızın yerləşdiyi bölgənin özü üçün də böyük əhəmiyyət daşıyır.

Dağlıq Qarabağ və ətraf rayonların işğal altında olan ərazilərinin azad edilməsindən sonra həmin ərazilərdə bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi bu gün yüksək templə davam edir. İşğaldan azad edilmiş torpaqların bərpası və inkişaf konsepsiyası Prezident İlham Əliyevin tapşırıqlarına uyğun işlənib hazırlanmışdır və uğurla reallaşdırılır. Sözügedən ərazilərin bərpası və inkişafı ilə bağlı kompleks yanaşmanı təmin etmək üçün dörd mərhələdə fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulur. İlkin mərhələ idarəetmə və təhlükəsizlik, infrastruktur məsələlərinin həllini, növbəti mərhələlər isə sosial xidmətlərin fəaliyyətini, iqtisadiyyatın yenidən qurulması və inkişafı məsələsini özündə ehtiva edir.

Azad edilmiş ərazilərin minalardan təmizlənməsi və zərərsizləşdirilməsi tədbirlərindən sonrakı bərpa və yenidənqurma işləri "Böyük qayıdışın" təməlini təşkil edir. İşğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlər iqtisadiyyata yerli və xarici investisiyaların cəlb edilməsi üçün gözəl şərait yaratmışdır. Bu isə o deməkdir ki, regionun lider dövləti olan Azərbaycan bütün Cənubi Qafqazda mühüm dəyişikliklərin aparıcı qüvvəsinə çevrilir.

Dövlət başçısı cənab İlham Əliyev xüsusilə vurğulamışdır ki, postkonflikt dövrünü nəzərdən keçirməzdən öncə, başa düşmək lazımdır ki, Azərbaycan torpaqları 30 il işğal altında qalmışdır.

"Azad etdiyimiz ərazilərdəki dağıntılar bizim gözlədiyimizdən də artıq idi", - deyən cənab Prezident xarici ölkə nümayəndələrinə müraciət etmişdir. Dövlət başçısı bildirmişdir ki, ermənilərin bizim şəhər və kəndlərimizə nələr etdiklərindən az-çox xəbərimiz vardı: "Zaman-zaman videolarda görürdük, həmin ərazilərə gedən beynəlxalq nümayəndələrin verdiyi məlumatları eşidirdik. Lakin azad etdiyimiz ərazilərdəki dağıntıların bizim gözlədiyimizdən də artıq olduğunu gördük".

Emin QASIMOV,

"Respublika".