Ölkəmizin dinlərarası və millətlərarası dialoq təşəbbüsləri və təşkilatçılığı beynəlxalq aləmdə təqdir olunur
Mədəniyyət

Ölkəmizin dinlərarası və millətlərarası dialoq təşəbbüsləri və təşkilatçılığı beynəlxalq aləmdə təqdir olunur

Tarixi çox qədim olan Azərbaycan əsrlər boyu şərq, cənub şimal qonşuları ilə ticarət etmiş, həm karvan, həm dəniz vasitəsilə qurulan bu əlaqələr təbii ki, onun inkişafına, mədəniyyətinin formalaşmasına təsirsiz qalmamışdır. Şəhərin hərtərəfli inkişafı, XIX əsrin ikinci yarısından, 70-ci illərdən başlayır. Həmin dövrlərdə memarlıq da sürətlə inkişaf edir. Az müddətdə Bakıda əzəmətli məbədlər, məscidlər kilsələr tikilirdi....

Bu gün Prezident İlham Əliyevin mədəniyyət sahəsində beynəlxalq təşəbbüslərə göstərdiyi dəstək nəticəsində ölkəmiz dünyanın mədəniyyət mərkəzlərindən birinə çevrilib. Zəngin tarixi mədəni irsi, dini sosial tolerantlıq ənənələri olan Azərbaycan dünya mədəniyyətlərinin sivilizasiyaların qarşılıqlı təsiri məkanına uğurla inteqrasiya olunur, özünün zəngin təcrübəsini beynəlxalq ictimaiyyətə təklif edir. Artıq dünyanın din xadimləri özünü tolerantlığın ideoloji mərkəzi praktik təcəssümü kimi təsdiq edən Bakıda toplaşır, dinlərin dialoqu çərçivəsində, həm sivilizasiyaların qarşılıqlı anlaşması istiqamətində səmərəli aparırlar.

Multikulturalizmin beynəlxalq arenada təbliğinə Azərbaycan dövləti tərəfindən hələ 2008-ci ildə başlanılıb. Belə ki, Prezident İlham Əliyevin 4 noyabr 2008-ci il tarixli Sərəncamına uyğun olaraq, həmin il dekabrın 2-3- Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin, 2009-cu ildə isə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısı keçirilmiş, bununla da dünya siyasətçilərinin adlandırdığı kimiBakı prosesibaşlanmış bu da öz növbəsində Bakıda mədəniyyətlərarası dialoqların keçirilməsinə təkan vermişdir.

2008-ci ilin 2-3 dekabr tarixində təşkil olunan Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransına Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq 10 İslam ölkəsi dəvət edilmiş, İslam dövlətlərinin iştirakı ilə mədəniyyət nazirlərinin konfransı yeni bir formatda keçirilmişdi. Avropa ona qonşu regionlardan 48 ölkənin, 8 beynəlxalq təşkilatın bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının yüksək səviyyəli nümayəndələrinin iştirak etdiyi bu konfransdaMədəniyyətlərarası dialoqun təşviqinə dairBakı Bəyannaməsiqəbul edilmişdi. “Bakı Bəyannaməsiilə sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutanBakı Prosesinin bu prosesin inkişafına hədəflənmişSənətçilər dialoq naminəlayihəsinin əsası qoyuldu. “Bakı prosesinin davamlılığını təmin etmək məqsədilə 2009-cu il 13-15 oktyabr tarixində Bakıda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin VI Konfransında isə Azərbaycanın təşəbbüsü ilə 10-dan çox Avropa dövləti iştirak etdi. Konfransda iştirak edən Avropa Şurasına üzv dövlətlər ilə İslam Konfransı Təşkilatına üzv dövlətlər arasında mədəniyyətlərarası dialoqa dair birgə kommunike qəbul edilmişdi.

Mədəniyyətlərarası dialoqa dairBakı prosesinin əsası 2-3 dekabr 2008-ci ildə Bakıda Avropa İslam ölkələri mədəniyyət nazirlərinin bir araya gəldiyiMədəniyyətlərarası dialoq Avropa onun qonşu regionlarında davamlı inkişafın sülhün əsasıdıradlı beynəlxalq konfransda qoyulub. Həmin konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə mədəniyyətlər sivilizasiyalar arasında dialoqu təşviq edən, Azərbaycanın mədəni diplomatiyasını təbliğ edən, multikulturalizm siyasətini möhkəmləndirən interaktiv beynəlxalq platforma olaraqBakı prosesiyaradıldı. Müxtəlif millətlərin dini konfessiyaların dinc, yanaşı mövcudluğunun mümkünlüyünü sübut edən, multikulturalizm modelinin uğurlu, mütərəqqi bir model olduğunu nümayiş etdirən, bununla da dünyada daha gərəkli vacib məsələnin həlli yolunda bir nümunəyə çevrilən Azərbaycanın belə bir qlobal hərəkatın təşəbbüskarı kimi çıxış etməsinin əsasında isə ərazisində tarixən fərqli dini mənsubiyyəti olan icmaların, milli-etnik qrupların zəngin mədəni müxtəlifliyin olması dayanır.

Bakı prosesiİslam mədəniyyəti din çoxmədəniyyətlilik sahəsində tarixi mövqeyə malikdir. Müsəlman cəmiyyətləri tarix boyunca başqa din mədəniyyətlərə mənsub insanlarla bir arada yaşamaq sahəsində xeyli təcrübə əldə etmişdir. Tarix sübuta yetirib ki, İslam mədəniyyəti digər mədəniyyətləri düşmən qüvvə kimi yox, insani varlığı daha da zənginləşdirən bir dəyər kimi qəbul edir.

Mən çox istərdim ki, bu gün əsası qoyulanBakı prosesiuzunmüddətli olsun. Bu konfransın keçirilməsindən sonra konkret mexanizmlər işlənilsin, fəaliyyət planı hazırlansın. Belə tədbirlərin keçirilməsi həm Bakıda, həm digər şəhərlərdə ənənəyə çevrilsin” - deyən Prezident İlham Əliyevin himayəsi altında 2011-ci ildən etibarənBakı prosesiçərçivəsində Azərbaycanın paytaxtı dörd dəfə Dünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etmişdir. 2011-ci ilin 7-9 aprel tarixlərində beş qitənin 102 ölkəsindən 500 nümayəndənin iştirak etdiyi, “Ortaq dəyərlərlə birləşmək, mədəni müxtəliflik ilə zəngin olmaqmövzusunda keçirilən I Dünya Mədəniyyətlərarası Dialoq Forumunda bununla bağlı məsələlər müzakirə olundu.

2013- il 29 may - 1 iyun tarixindəÇoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamamövzusu ilə gerçəkləşən II Dünya Mədəniyyətlərarası Dialoq ForumuQlobal gələcəyin birgə qurulması”, “Mədəni müxtəliflik üçün ictimai dəstəyi necə qurmaq lazımdır”, “Qloballaşmanın yeni erası: dəyişən dünyada mədəniyyətlərdə hibridləşmə”, “Turizm - insanlar mədəniyyətlər arasında qarşılıqlı anlaşma tolerantlığın əsas aparıcısı kimi s. mövzuların müzakirəsi ilə tarixin yaddaşına yazıldı.

İnsan təhlükəsizliyi, fərqli mədəniyyətlərin paylaşılması kimi əhəmiyyətli mövzuları əhatə edən III Dünya Mədəniyyətlərarası Dialoq Forumu 2015-ci il may ayının 18-19-da keçirildi. Forumun əsas mövzusu “2015-ci ildən sonrakı dövr üçün Davamlı İnkişaf Gündəliyiidi.

2017-ci il may ayının 5-6-daMədəniyyətlərarası dialoqun inkişafı: insan təhlükəsizliyi, sülh davamlı inkişaf üçün yeni imkanlarmövzusunda keçirilən IV Dünya Mədəniyyətlərarası Dialoq Forumunda dini konfessiyalar arasında münasibətlər, immiqrasiya siyasəti, insan təhlükəsizliyi, mədəni diplomatiya, təhsil, davamlı inkişafın rolu digər məsələlərə geniş yer verilmişdir.

Avropa ilə İslam dünyası arasında mədəniyyət körpüsü - vasitəçisi rolunu oynamaqla yanaşı, fərqli mədəniyyətlər arasında dialoqun inkişafına xidmət edənBakı prosesinin əsasını qoymaq bu fəaliyyətlərin mərkəzində dayanmaq Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırdı. Belə ki, Azərbaycan cəmiyyətində tarixən bərqərar olmuş tolerantlıq elementləri bu gün bütün dünyada yayılır Bakı prosesimədəniyyətlərarası dialoqun, multikulturalizmin möhkəmləndirilməsi, ölkələr regionlar arasında dinc yaşayış rifahın yayılmasında əvəzsiz rol oynayır. Azərbaycan mədəni zənginliyi tolerant münasibəti ilə mədəniyyətlərarası dinlərarası dialoq üzrə xüsusi dəyərlərə, regionda sülhün qorunması, iqtisadi inkişafın beynəlxalq hüquqa hörmətin təmin edilməsi üçün vacib olan xüsusiyyətlərə malikdir. “Bakı prosesihökumətlər insanlar arasında mədəniyyətlərarası dialoqun təbliğ edilməsi, bir çox etnik qruplar arasında əməkdaşlığın gücləndirilməsi müxtəlif qitələrdə yaşayan xalqların mədəni əməkdaşlığının təşviqini bu gün davam etdirir.

2016- ilin aprelində Bakı daha bir mötəbər tədbirə ev sahibliyi etdi. Belə ki, aprelin 25-27- BMT-nin Sivilizasiyalar Alyansınınİnklüziv cəmiyyətlərdə birgə yaşayış: çağırış məqsəddevizi altında keçirilən VII Qlobal Forumu mədəniyyətlər sivilizasiyalar arasında, eləcə sivilizasiyalar daxilində dialoq anlaşmanın gücləndirilməsinə əsaslı töhfələr verdi. Forumun açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi: “BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna Bakının ev sahibliyi etməsi təsadüfi deyil. Çünki tolerantlığın məkanı, multikultural dəyərlərə sadiq olan müstəqil Azərbaycan mədəniyyətlərin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub saxlanmasına sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönələn mühüm layihələrin reallaşdırılması, mötəbər forumların keçirilməsi sahəsində zəngin təcrübəyə malikdir”.

Forumda qəbul edilən Bakı Bəyannaməsində müasir dövrdə cəmiyyətlərdə artan müxtəlifliyin fonunda inklüziv birgəyaşayışa qarşı çoxalan təhdidlərin qarşısının alınması irəliləyişin müəyyən edilməsi nöqteyi-nəzərindən müxtəlif dairələrin fərqli baxışlarının bir araya gətirilməsi baxımından Azərbaycanın rolu təqdir olunub. Forumda Bakı Bəyannaməsinin ölkəmizin gələcəkdə bir sıra mühüm layihələri reallaşdırmasına təkan verəcəyi, “Bakı prosesinin artıq qlobal status aldığı qeyd olunmuşdur. İnsanları birliyə, birgəyaşayışa, islam xristian aləmini sülhə səsləyən Bakı Forumunu bu mənada ən gözəl proses kimi dəyərləndirən xarici ölkə nümayəndələri Azərbaycanın sivilizasiyalar arasında körpü rolunu oynadığını, Bakının sülh dialoq şəhəri olduğunu da xüsusilə qeyd ediblər.

BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir forum çərçivəsindəBakı prosesi: Qlobal mədəniyyətlərarası dialoq üçün yeni çağırışlara cavabmövzusundakı bölmə iclasında çıxış edərkən coğrafi mövqeyinə etnik tərkibinə görə mədəni müxtəlifliyə malik olan Azərbaycanda multikulturalizmin dövlət siyasəti kimi qəbul edildiyini, eyni zamanda inklüziv cəmiyyət kimi, Azərbaycan modelini örnək kimi götürməyin mümkünlüyünü vurğulayıb.

2016- ildə Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, 2017-ci il mayın 5- UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ICESCO-nun tərəfdaşlığı ilə BakıdaMədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh davamlı inkişaf üçün yeni imkanlarmövzusunda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, 2018-ci ilin oktyabrında VI Bakı Beynəlxalq Humanitar ForumuBakı prosesinin məntiqi nəticəsi idi.

Bu gün Azərbaycanın təqdim etdiyi multikulturalizm modeli, fərqli dinlərin millətlərin nümayəndələrinə yüksək ali dəyərlərə söykənən münasibəti dünyada sabitliyi təhdid edən ünsürlərin artdığı bir vaxtda çox əhəmiyyətli olması ilə bərabər, dünya ölkələrinə gözəl bir örnəkdir. Ölkə başçısı tərəfindən əsası qoyulan bu sahədə dövlət siyasəti prioritet səviyyəyə yüksəlmiş, multikulturalizmlə bağlı həyata keçirilən tədbirlər ölkəmizə mədəniyyətlərarası dialoq ölkəsi statusu qazandırmışdır. BMT kimi nüfuzlu bir təşkilatın Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsi ölkəmizin dünyada artan nüfuzundan xəbər verir. Forum dünyaya mesaj olaraq çatdırdı ki, mədəni müxtəliflik bütün ölkələrdə qorunub saxlanmalıdır. Müxtəlif dini etiqadların dini qurumları ilə qarşılıqlı anlaşmanı möhkəmləndirmək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada dini etiqad azadlığını həyata keçirmək, müxtəlif konfessiyalara mənsub insanların qarşılıqlı xoş əlaqələri artıq ölkəmizdə ənənə halını almışdır.

Azərbaycan xalqı əsrlər boyu humanist dəyərlərdən çıxış edərək ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələrinin dilini, dinini, mədəniyyətini tanımış, hörmət bəsləmiş, bu mədəni müxtəlifliyi hər zaman qoruyub saxlamış, onu zənginlik kimi dəyərləndirmişdir. bu gün nəticə olaraq bu müxtəliflik harmoniya şəklində inkişafa yönələn vəhdəti ifadə edir. Dövlətimiz üçün mühüm əhəmiyyət kəsb edən bu dəyər ölkəmizin dinlərarası millətlərarası dialoq üçün nümunəvi platformaya çevrilməsi multikulturalizmin strategiyasına qoşulması beynəlxalq aləmdə yüksək səviyyədə təqdir olunur, ölkəmizin bu sahədə əldə etdiyi təcrübə dünya tərəfindən yüksək qiymətləndirilir.

Mehparə ƏLİYEVA,

Respublika”.