Ölkəmizin artan nüfuzunun göstəricisi
Siyasət

Ölkəmizin artan nüfuzunun göstəricisi

Regionda aparıcı dövlətə çevrilən Azərbaycan son illərdə dünyada artan nüfuzu sayəsində beynəlxalq təşkilatlarla aktiv şəkildə əməkdaşlıq edir. Artıq dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm tərəfdaş kimi qəbul edirlər.

BMT, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı digər beynəlxalq təşkilatlarla strateji əməkdaşlıq edən ölkəmiz bir çox qərarların qəbulunda icrasında da yaxından iştirak edir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, dünyanın 120 ölkəsi arasında səmərəli tərəfdaşlıq əlaqələrinin qurulmasında inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı məhz Azərbaycanın sədrliyi dövründə özünün ən uğurlu dövrünü yaşayır. Bu, Qoşulmama Hərəkatının martın 2- Bakıda keçirilən COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə bir daha sübut olundu.

Qoşulmama Hərəkatının Bakıdakı iclası geniş tərkibdə keçirildi. Təmas Qrupunun iclasında Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş direktoru Rafael Mariano Qrossi iştirak etdi. O bildirdi ki, AEBA FAO ÜST- yaxın əməkdaşlıq edib, problemlərin həlli üzərində birgə işləyib. Qrossinin sözlərinə görə, AEBA pandemiya dövründə 129 ölkəni dəstəkləyib, texniki ləvazimatlar göndərib, treninqlər təşkil edib.

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus da Bakıya səfər edənlər sırasında oldu. O, Zirvə görüşündə çıxışı zamanı dedi ki, Qoşulmama Hərəkatı dövlətlərinin kollektiv təcrübəsi Ümumdünya Səhiyyə Təşkilatına daha təhlükəsiz dünyanın qurulmasına kömək edir.

Bakıya səfər edən Beynəlxalq Miqrasiya Təşkilatının Baş direktoru Antonio Vitorino isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul olundu. Azərbaycan ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında çox sıx əlaqələrin olduğunu vurğulayan dövlətimizin başçısı Qoşulmama Hərəkatının Bakıda keçirilən sammitində iştirak etdiyinə görə Antonio Vitorinoya minnətdarlığını ifadə etdi. Prezident İlham Əliyev Qoşulmama Hərəkatına sədrlik dövründə ölkəmizin bu Hərəkatın daha da təsisatlanması istiqamətində bir sıra təşəbbüslərlə çıxış etdiyini bildirdi. A.Vitorino Azərbaycanın yeni donor ölkə kimi təşkilatın büdcəsinə verdiyi maliyyə töhfələrinin yüksək qiymətləndirildiyini diqqətə çatdırdı.

Zirvə görüşünə BMT Baş Assambleyası 77-ci sessiyasının prezidenti Tsaba Körösi, Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov, Özbəkistan Respublikasının prezidenti Şavkat Mirziyoyev, Əlcəzair Xalq Demokratik Respublikasının baş naziri Ayman Benabderrahman, Keniyanın baş naziri Uakylif Musalia Mudavadi, Tanzaniyanın vitse-prezidenti Filip İsdor Mpanqon, Kuba Respublikasının vitse-prezidenti Salvador Antonio Valdes Mesan, Birləşmiş Ərəb Əmirliklərinin Ali Şurasının üzvü, Ras əl-Xeymə Əmirliyinin hakimi Əlahəzrət Şeyx Saud ibn Saqr əl-Qasimi, Qabonun vitse-prezidenti xanım Rouz Kristian Ossuka Rapondan, Bosniya Herseqovinanın Rəyasət Heyətinin sədri xanım Jelka Tsviyanoviç, İraq Respublikasının prezidenti Əbdüllətif Camal Rəşid, Liviya Dövləti Prezident Şurasının sədri Məhəmməd Yunis əl-Mənfi qatılmışdır.

Qonaqlar xalqımızın qonaqpərvərliyinin şahidi oldular. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin adından Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak edən dövlət hökumət başçılarının, beynəlxalq təşkilatların rəhbərlərinin şərəfinə ziyafət verildi. Dövlət başçısı ilə birlikdə rəsmi qonaqlar Dağüstü parkda Bakının mənzərəsini seyr etdilər. Daha sonra ölkəmizə səfər edən dövlət nümayəndələri onların xanımları Azərbaycan Milli Xalça Muzeyi ilə tanış oldular. Qonaqlara Azərbaycan xalçaçılıq sənəti, onun tarixi, muzeyin fəaliyyəti, kolleksiyaları, layihələri barədə ətraflı məlumat verildi.

Bütün bunlar isə onu göstərir ki, Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində həmrəyliyi gücləndirmək, bu təşkilatın siyasi çəkisini qlobal nüfuzunu artırmaq üçün böyük səylər göstərir.

Jalə QASIMZADƏ,

"Respublika".