Ölkəmiz təxribatlara qarşı qətiyyətli addımlar atır
Siyasət

Ölkəmiz təxribatlara qarşı qətiyyətli addımlar atır

"2022-ci ildə Praqa Soçidə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü suverenliyini tanımasına baxmayaraq, hələ öz qoşunlarını tam olaraq Azərbaycan ərazilərindən çıxarmamışdır. Qarabağda qanunsuz erməni dəstələri kriminal ünsürlər qalmaqdadır. Ermənistan həm Zəngəzur dəhlizinin açılması öhdəliyindən yayınır. Beləliklə, Ermənistan 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatı kobudcasına pozur buna görə məsuliyyət daşımalıdır". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə deyib.

Azərbaycan Prezidenti İlham Əliyev martın 25- Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığında Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə Ermənistan tərəfindən silah-sursat şəxsi heyətin daşınması prosesinin hələ həyata keçirildiyini bildirib. Laçın-Xankəndi yolu ətrafındakı vəziyyətə toxunan Azərbaycan Prezidenti qeyd edib ki, bu yolun guya bağlı olması ilə əlaqədar Ermənistanın irəli sürdüyü iddialar tamamilə yalandır. Belə ki, 2022-ci il dekabrın 12-dən bu günədək Rusiya sülhməramlılarına Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus 5 minə yaxın nəqliyyat vasitəsi, tibbi yardıma ehtiyacı olan şəxs onları müşayiət edənlər bu yoldan keçiblər.

Qeyd edək ki, Ermənistan üzərinə götürdüyü öhdəliklərin heç birini yerinə yetirmir, əksinə, Xankəndidəki hərbi xunta rejimini açıq şəkildə dəstəkləyir. Ali Baş Komandan İlham Əliyev səsləndirdiyi bəyanatlarla marionet ölkə Ermənistana onu idarə edənlərə bir daha ciddi mesajını vermişdi, xəlvəti yollarla silah-sursat daşımaqdan çəkinməyə, sülh dialoqunu davam etdirməyə çağırmışdı. Təəssüf ki, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə Ermənistan tərəfindən silah-sursat şəxsi heyətin daşınması prosesi, Ermənistan rəhbərliyinin təhlükəli eskalasiyaya yönəlmiş rəsmi açıqlamaları davam edir. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Misirin "AlQahera" xəbər agentliyinə müsahibəsi zamanı Azərbaycanla Ermənistan arasında sülh sazişinin layihəsi üzrə danışıqların mahiyyətini təhrif etməsi beynəlxalq ictimaiyyət arasında çaşqınlıq yaratmaq cəhdidir. Ermənistan nazirinin bu açıqlamaları növbəti dəfə Ermənistanın sülh sazişi üzrə danışıqlarda dərəcədə manipulyasiyalara yol verdiyinin prosesə qeyri-ciddi yanaşmasının bariz nümunəsidir. Ermənistan tərəfi sülh sazişi layihəsinə təklif etdikləri bəzi elementləri kontekstdən çıxarmaqla şərh edir ictimaiyyət arasında yanlış rəy formalaşdırır. Bu yanaşma prosesə heç bir müsbət töhfə vermir, əksinə, sülh sazişi üzrə danışıqlara maneçilik törətmək məqsədi daşıyır.

2023- il martın 20- Avropa İttifaqı missiyasının yerləşdiyi Ermənistan-Azərbaycan dövlət sərhədi istiqamətində Ermənistanın növbəti təxribatı zamanı Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb martın 5- Azərbaycanın Qarabağ bölgəsində qeyri-qanuni erməni hərbi birləşmələrinin törətdikləri təxribat zamanı 2 hərbi qulluqçumuz şəhid olub. Təxribatlar nəticəsində Azərbaycan hərbçilərinin şəhid olması yaralanması Ermənistanın vəziyyəti qəsdən gərginləşdirmək niyyətini nümayiş etdirir. Martın 25-i günorta saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri Füzuli rayonunun Yuxarı Veysəlli yaşayış məntəqəsi istiqamətində kənd təsərrüfatı işləri adı altında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhd göstərib. Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb. Bütün bunlar Ermənistan rəhbərliyinin son günlərdə təcavüzkar ritorikası ilə müşayiət olunur. Xüsusilə, Ermənistan prezidenti, Baş naziri xarici işlər naziri tərəfindən Azərbaycanın suverenliyi ərazi bütövlüyünə qarşı davam edən bəyanatları, bu ölkənin Azərbaycana qarşı ərazi iddialarından hələ əl çəkmədiyinin bariz nümunəsidir. Ermənistan tərəfinin bu addımları, son zamanlar sülh sazişi üzrə beynəlxalq səylərin canlanması şəraitində onların sülh prosesini məqsədyönlü şəkildə pozmaq niyyətini, eləcə bölgədə sabitliyin təmin edilməsində maraqlı olmadığını göstərir. Rusiya sülhməramlılarının nəzarəti altında Ermənistanın ölkəmizin ərazilərinə gizli yollarla silah-sursat daşımasının, bu kimi qanunsuzluqların qarşısının alınmasının yeganə çıxış yolu Azərbaycan-Ermənistan sərhədində, Laçın-Xankəndi yolu üzərində mütləq sərhəd-keçid məntəqəmizin qurulmasıdır.

Müdafiə Nazirliyindən verilən məlumata görə, qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərinə hərbi daşımaların həyata keçirilməsi məqsədilə mühəndis xüsusi texnikanın cəlb edilməsilə Xankəndi-Xəlfəli-Turşsu yolundan şimalda keçən yeni Xankəndi-Kosalar-Mirzələr-Turşsu yolunun çəkilməsi müəyyən edilib. Bu daşımalar, xüsusilə gecə vaxtı dumanlı hava şəraitindən istifadə etməklə həyata keçirilir. Qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən bəzi dağlıq torpaq ərazilərdən keçməklə bir neçə marşrut üzrə yeni yolların çəkilməsi, həmçinin köhnə cığırların genişləndirilməsi üzrə işlər həyata keçirilir. Bu məqsədlə, hərbi, mühəndis xüsusi texnikadan, habelə işçi qüvvəsi kimi müqaviləli əsasda hərbi xidmətə cəlb olunmuş şəxslər yerli sakinlərdən istifadə olunur. Azərbaycan tərəfinin çoxsaylı müraciətlərinə bu xüsusda aparılmış müzakirələrə baxmayaraq, silah-sursat digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması üçün bu günədək heç bir zəruri tədbir görülməmişdir. Bu da ondan xəbər verir ki, Ermənistan rəhbərliyinin sülh haqqında dedikləri bütün fikirlər, təkliflər, sözlər riyakarlıqdan, vaxt qazanmağa hesablanmış manevrdən başqa bir şey deyil. Bu səbəbdən Azərbaycan tərəfi haqlı olaraq bütün bu təxribatlara cavab verir.

Yaranmış vəziyyət nəzərə alınaraq Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə Ermənistan tərəfindən silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən lokal zəruri nəzarət tədbirləri həyata keçirilib. Ermənistan tərəfinin Azərbaycanın Qarabağ iqtisadi rayonunda qanunsuz fəaliyyətlər həyata keçirməklə üçtərəfli Bəyanatın müddəalarını kobud şəkildə pozması, eləcə sülhməramlı kontingentin üzərinə düşən vəzifə borcunu yerinə yetirməməsi bölgədə gərginliyin artmasına zəmin yaradır. Bildirilir ki, bu kimi təxribatlar qanunsuz fəaliyyətlər nəticəsində baş verə biləcək hadisələrə görə bütün məsuliyyət rəsmi İrəvanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Mustafa KAMAL,

"Respublika".