Ölkələrarası əməkdaşlıq strateji əhəmiyyətə malikdir
Siyasət

Ölkələrarası əməkdaşlıq strateji əhəmiyyətə malikdir

Azərbaycan Tacikistanla da əlaqələrə xüsusi önəm verir

"Bütün türkdilli ölkələrlə münasibətlər bizim üçün prioritetdir. Xüsusən indiki geosiyasi vəziyyətdə biz qarşılıqlı dəstəyin, dövlətlərimizin müstəqilliyinin, suverenliyinin möhkəmlənməsinin, əməkdaşlığımıza konkret məzmun verməyin zəruriliyini nəzərə alaraq, ümumi maraqlar ətrafında daha sıx birləşməliyik". Bu, Azərbaycan Prezidenti İlham Əliyevin fikirləridir.

Bəli, bu gün türk dövlətləri arasında münasibətlər dərinləşir Azərbaycanın da bu işdə böyük rolu var. Vətən müharibəsindən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib. Təsadüfi deyil ki, bu gün Mərkəzi Asiya ölkələrindən, bir qədər uzağa getsək, Çindən Avropaya gedən ən qısa təhlükəsiz tranzit daşımalar məhz ölkəmizin ərazisindən həyata keçirilir bu da Azərbaycana marağı getdikcə artırır.

Azərbaycanın Mərkəzi Asiya dövlətləri arasında Tacikistanla münasibətləri xüsusi əhəmiyyətə malikdir. İki ölkə arasında münasibətlərin qədim tarixi var. Tacikistanda təxminən 4 min nəfərə yaxın Azərbaycan diasporu fəaliyyət göstərir ki, onların bir qismi mərkəzi Asiyaya, o cümlədən Tacikistana XX əsrin 20-30-cu illərində savadsızlığı ləğv etmək məqsədilə, digərləri isə Stalin repressiyasının qurbanı olaraq göndəriliblər. Daha bir maraqlı fakt: 1930-1933- illərdə azərbaycanlı Mirzə Davud Hüseynov Tacikistan KP MK-nın birinci katibi olub. Ölkələrimiz arasında iqtisadi mədəni əlaqələr hələ SSRİ-nin tərkibində müttəfiq respublika olduqları dönəmdə formalaşmışdır. Azərbaycan tacik xalqlarının tarixi, mədəni dini bağlılıqları iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. 2007-ci il martın 15- "Azərbaycan Respublikası Tacikistan Respublikası arasında dostluq əməkdaşlıq haqqında Müqavilə" imzalanıb.

Azərbaycanlı sənətkarlar dost ölkədə bir sıra sənət abidələri yaradıblar. Məsələn, 1964- ildə azərbaycanlı heykəltəraş Fuad Əbdürrəhmanov Düşənbədə Rudəkinin, 1978-ci ildə Ömər Eldarov Sədrəddin Ayninin, 1980-ci ildə İbn Sinanın heykəllərini hazırlayıb. Düşənbə ilə Bakı arasında qardaşlaşma haqqında Memorandum imzalanıb. Bundan başqa, Xocənd Gəncə qardaşlaşmış şəhərlərdir.

İki ölkə arasında elm təhsil sahəsində münasibətlər mühüm yer tutur. 2014- ildə Azərbaycan Prezidenti İlham Əliyevə Tacikistan Milli Universitetinin, 2018-ci il avqustun 11- Azərbaycanda rəsmi səfərdə olan Tacikistan Respublikasının Prezidenti  Emoməli Rəhmona ADA Universitetinin fəxri doktoru diplomu verilib. Azərbaycan Dövlət Aqrar Universiteti ilə Ş.Şotemur adına Tacikistan Dövlət Aqrar Universitetinin əməkdaşlığı çərçivəsində müəllim tələbələrin mübadiləsi həyata keçirilir.

Ölkələrimiz arasında qarşılıqlı mədəniyyət günləri kino həftəsi təşkil olunur. Belə ki, 2007-ci il dekabrın 18-22- Azərbaycanda Tacikistan Mədəniyyəti Günləri, bir il sonra, noyabrın 9-12- isə Tacikistanda Azərbaycan Mədəniyyəti Günləri keçirilib. 2015-ci il martın 9-12- Bakıda Tacikistan kinosu günləri baş tutub.

Tacik-fars ədəbiyyatının klassikləri kimi ehtiram bəslənilən Rudəki, Sədi digərləri Azərbaycanda sevildikləri kimi, dünya ədəbiyyatı xəzinəsinə misilsiz töhfə vermiş böyük Azərbaycan şairləri Məhəmməd Füzuli, Nizami Gəncəvi tacik xalqı tərəfindən daima hörmətlə qarşılanmışdır.

Ölkələrimiz arasında ikitərəfli çoxtərəfli əməkdaşlıq da genişlənir. Bir müddət Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında (Türk Dövlətləri Təşkilatı) müşahidəçi qismində iştirak edən Tacikistan artıq təşkilata üzvdür. Azərbaycanla Tacikistanın bu çərçivədəki əməkdaşlığından danışan Prezident İlham Əliyevin dediyi kimi: "Ölkələrimiz arasında "altı dövlət, tək millət" şüarı ilə həyata keçirdiyimiz əməkdaşlıq barəbər, qarşılıqlı hörmət əsasında irəliləməyə davam edir".

Artıq bir neçə ildir ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən türk dövlətləri ilə münasibətlərində canlanma müşahidə olunur. Dünyada baş verən proseslər fonunda ölkələr arasında birgə əməkdaşlıq zərurətə çevrilir. Azərbaycanın xarici siyasətində bunun şahidi oluruq. Ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə münasibətlərində isə Azərbaycan-Tacikistan əlaqələri xüsusi yer tutur.

Zümrüd QURBANQIZI,

"Respublika".