Oktyabrın 8-də Azərbaycanda COVID-19 əleyhinə 837 doza vaksin vurulub
Səhiyyə

Oktyabrın 8-də Azərbaycanda COVID-19 əleyhinə 837 doza vaksin vurulub

Oktyabrın 8-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 837 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 254, ikinci doza vaksinlərin sayı 210, üç və daha çox doza vaksinlərin sayı 316, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 57-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 897 min 464, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 385 min 257, ikinci mərhələ üzrə 4 milyon 868 min 656, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 381 min 416, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 262 min 135-dir.

AZƏRTAC