Oktyabrın 26-da Azərbaycanda COVID-19 əleyhinə 669 doza vaksin vurulub
Səhiyyə

Oktyabrın 26-da Azərbaycanda COVID-19 əleyhinə 669 doza vaksin vurulub

Oktyabrın 26-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 669 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 268, ikinci doza vaksinlərin sayı 113, üç və daha çox doza vaksinlərin sayı 249, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 39-dur.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 908 min 602, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 389 min 266, ikinci mərhələ üzrə 4 milyon 870 min 944, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 385 min 562, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 262 min 830-dur.

AZƏRTAC