Oktyabrın 15-də Azərbaycanda COVID-19 əleyhinə 788 doza vaksin vurulub
Səhiyyə

Oktyabrın 15-də Azərbaycanda COVID-19 əleyhinə 788 doza vaksin vurulub

Oktyabrın 15-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 788 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 295, ikinci doza vaksinlərin sayı 159, üç və daha çox doza vaksinlərin sayı 271, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 63-dür.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 902 min 183, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 387 min 8, ikinci mərhələ üzrə 4 milyon 869 min 683, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 383 min 45, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 262 min 447-dir.

AZƏRTAC