Oktyabrın 13-də Azərbaycanda COVID-19 əleyhinə 942 doza vaksin vurulub
Səhiyyə

Oktyabrın 13-də Azərbaycanda COVID-19 əleyhinə 942 doza vaksin vurulub

Oktyabrın 13-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 942 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 334, ikinci doza vaksinlərin sayı 165, üç və daha çox doza vaksinlərin sayı 379, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 64-dür.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 900 min 619, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 386 min 352, ikinci mərhələ üzrə 4 milyon 869 min 401, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 382 min 536, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 262 min 330-dur.

AZƏRTAC