Oktyabrın 11-də Azərbaycanda COVID-19 əleyhinə 786 doza vaksin vurulub
Səhiyyə

Oktyabrın 11-də Azərbaycanda COVID-19 əleyhinə 786 doza vaksin vurulub

Oktyabrın 11-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 786 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 299, ikinci doza vaksinlərin sayı 176, üç və daha çox doza vaksinlərin sayı 271, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 40-dır.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 898 min 973, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 385 min 760, ikinci mərhələ üzrə 4 milyon 869 min 69, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 381 min 921, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 262 min 223-dür.

AZƏRTAC