Oktyabrın 10-da Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmayıb
Səhiyyə

Oktyabrın 10-da Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmayıb

Oktyabrın 10-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksin vurulmayıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 898 min 187, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 385 min 461, ikinci mərhələ üzrə 4 milyon 868 min 893, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 381 min 650, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 262 min 183-dür.

AZƏRTAC