Oğuz ellərinə, yurd yerlərimizə dönəcəyimiz gün uzaq deyil
Digər xəbərlər

Oğuz ellərinə, yurd yerlərimizə dönəcəyimiz gün uzaq deyil

XIX-XX əsrlərdə erməni vandalları Qərbi azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırımı siyasəti yürütmüş mərhələli şəkildə həyata keçirilən məkrli plan nəticəsində soydaşlarımız indi Ermənistan adlandırılan ərazidən - tarixi torpaqlarından qovulmuşlar. İki əsrə yaxın müddətdə tarixi yurdlarından deportasiya edilən, kütləvi qırğınlara, soyqırımlarına, işgəncələrə məruz qalan Qərbi azərbaycanlıların hüquqlarının bərpası ilə bağlı konkret tədbirlər görülməmiş, ermənipərəst qüvvələr həmişə haylara arxa, dayaq durmuşlar.

1828-ci ildə Göyçə ərazisi ilhaq edildi ərazi təzə təşkil olunmuş "erməni vilayəti" daxil edildi. Bundan istifadə edən daşnaklar alban, eləcə türk abidələrinin sinəsinə xaç nişanı vurmaqla məşğul oldular.

Göyçə gölünün Böyük Ördəkli kəndi yaxınlığında olan hissəsində bir ada var idi. Bu adaya azərbaycanlılar "Keşiş təpəsi" deyərdilər. Sonralar gölün suyu azaldığına görə ada yarımadaya çevrilmişdir. Bu adada albanlar tərəfindən qara daşdan tikilmiş bir məbəd var idi. Çar Rusiyası tərəfindən ərazi zəbt olunduqdan sonra rus mənbələrində məbədin adı Sevvank (Qarakilsə) kimi göstərilmiş, Sevvank sözü Sevan formasını almışdır.

1831-ci ildə Qafqazın canişini işləyən Paskeviçin sərəncamına əsasən köməkçi Mkrtıç Arzuninin vasitəsilə ilk mərhələdə 600 nəfər erməni Türkiyənin Bayazid vilayətindən Göyçə mahalına gətirildi. Bu dövrdə İrandan gətirilən ermənilər Göyçədə deyil, Qərbi Azərbaycanın Dərəçiçək, Vedibasar, Zəngibasar digər mahallarında yerləşdirildi.

1831-ci ildə Basarkeçər kəndində cəmi 31 ailə - 178 nəfər azərbaycanlı yaşayırdı. Ermənilər bu bölgəyə 1828-1829-cu illərdə gətirilmişdirlər. 1831-ci ildə Basarkeçərdə 44 kənddə 4367 nəfər türk cəmi 9 nəfər erməni yaşamışdır. Türkiyənin Diadin paşalığından gətirilən ermənilər Basarkeçər kəndində məskunlaşdıqdan sonra azərbaycanlılar sıxışdırılaraq çıxarılmağa başladı.

Ermənistan dövlətinin ideologiyası faşizm üzərində qurulmuşdur. İndi Qərbi Azərbaycan tarixinə görə ən qədim, coğrafi-siyasi mövqelərinə görə ən strateji, təbiətinə görə ən zəngin bölgələrdən biridir.

1828-ci ildən 1988-ci ilə kimi olan bir müddətdə azərbaycanlılar qırğınlara, sürgünlərə, köçürmələrə məruz qalaraq ata-baba yurdları uğrunda mübarizə aparmışlar.

İrəvan Ermənistana paytaxt kimi Azərbaycan dövləti tərəfindən 1918-ci ildə verilmişdir. İrəvan xanlığında yaşayan əhalinin əksəriyyəti azərbaycanlılar idi. Zəngəzur mahalının Ermənistana verilməsi böyük ədalətsizlik, xalqımıza qarşı növbəti cinayət idi. Doğma torpağımızın bir parçası Ermənistana birləşdirildi. Bunun çox böyük mənfi nəticəsi oldu. Bu, bütün türk dünyasını parçaladı.

1918-ci ildə erməni daşnakları Qərbi Azərbaycanın müxtəlif bölgələrində - İrəvanda, Amasiyada, Göyçədə, Zəngəzurda, Vedidə, Pəmbək mahalında, Dərələyəzdə, Zəngibasarda digər ərazilərində qanlı qırğınlar törətdi, soyqırımı siyasəti həyata keçirdilər. Ermənilər uşaq, qadın, qoca bilmədən minlərlə insanı qəddar üsullarla qətlə yetirmiş, yüzlərlə yaşayış məntəqəmizi xarabalığa çevirmişlər.

Qərbi azərbaycanlıların tarixi qədim zəngin olduğu qədər keşməkeşli olmuşdur. Soydaşlarımız tarix boyu ədalət uğrunda mübarizə aparmış, erməni vandalları tərəfindən mərhələ-mərhələ terrora məruz qalmışlar.

1948-1953- illərdə ermənipərəst qüvvələrin xəyanəti sayəsində Qərbi Azərbaycandan 150 min soydaşımız Azərbaycanın Kür-Araz ovalığına köçürüldü. Çoxları iqlim şəraitinə dözə bilməyib dünyasını dəyişdi.

1950-ci ildən sonrakı dövrlərdə faşist xislətli ermənilər Qərbi Azərbaycandakı soydaşlarımızı daha da sıxışdırdılar. Mərkəzi Komitə tərəfindən rayon rəhbərlərinə tapşırıq verildi ki, Ermənistandakı gənc azərbaycanlı kadrlara verilməsin, onlar sıxışdırılsın.

1988-ci ildə erməni daşnakları uydurma Qarabağ məsələsini ortaya ataraq soydaşlarımıza qarşı açıq şəkildə düşmənçilik mövqeyində dayandılar, İrəvanın küçələrində nümayişlər keçirildi, Ermənistan televiziyasında azərbaycanlılara qarşı uydurma filmlər nümayiş etdirildi. Ən nəhayət, 1988-ci ilin şaxtalı, çovğunlu günlərində Qərbi Azərbaycandan 300 mindən çox soydaşımız zorla ata-baba yurdlarından qovuldu, deportasiyaya məruz qaldı. Mixail Qorbaçov isə bu ədalətsizliyə göz yumdu.

Ermənilər tərəfindən törədilən soyqırımı hadisələrinə 26 mart 1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən siyasi qiymət verildi. Artıq 35 ildir ki, Qərbi azərbaycanlılar əzəli torpaqlarından, qədim Oğuz ellərindən ayrı düşmüşlər. Soydaşlarımız inanırlar ki, haqq, ədalət zəfər çalacaq, tezliklə qəribsəmiş yurd yerlərinə dönəcəklər.

Dövlətimizin qətiyyəti, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsi, sərkərdəlik məharəti sayəsində Vətən müharibəsində zəfər qazandıq. 44 gün ərzində 30 illik işğala son qoyuldu. Paşinyan onun faşist xislətli komandasının başına dəmir yumruq endi.

Prezident İlham Əliyevin 24 dekabr 2022-ci ildə bir qrup Qərbi Azərbaycan ziyalıları ilə görüşü oldu. Ölkə başçısı vurğuladı ki, Vətən müharibəsindəki tarixi qələbəmizdən sonra ən böyük hədəfimiz Qərbi Azərbaycana qayıdışdır.

Biz ümidlə yaşayırıq. İnanırıq ki, Qayıdış Konsepsiyası reallığa çevriləcək, günlərin birində Oğuz ellərinə, ata-babalarımızın at oynatdığı yurd yerlərinə dönəcəyik, özü "Cəngi" havası ilə.

İftixar HÜSEYNOV,

Göygöl-Daşkəsən Dairə Seçki

Komissiyasının sədri.