Nüfuzlu dialoq və əməkdaşlıq formatı
Siyasət

Nüfuzlu dialoq və əməkdaşlıq formatı

Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Dünya bu gün: çağırışlar ümidlər" mövzusunda növbəti X Qlobal Bakı Forumu tarixi hadisəyə çevrildi. "X Qlobal Bakı Forumunda müzakirə ediləcək mövzular arasında multilateralizm xüsusi yer tutur". Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılış mərasimində çıxışında deyib. Qlobal Bakı Forumu 2013- ildən keçirilir. Digər forumlarda olduğu kimi, bu tədbirdə dünyanın müxtəlif ölkələrinin prezidentləri, baş nazirləri, nazirləri, parlamentariləri, həmçinin sabiq dövlət hökumət rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri, ümumilikdə, 61 ölkədən 360-dək nümayəndə iştirak edib.

Qeyd etmək lazımdır ki, tədbirin təşkilatçısı olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan Prezidentinin 23 dekabr 2011-ci il tarxili Sərəncamına əsasən dahi Azərbaycan şairinin 870 illik yubiley tədbirlərinin keçirilməsi çərçivəsində 30 sentyabr 2012-ci il tarixində şairin vətəni Gəncə şəhərində keçirilmiş xüsusi konfransda təsis edilib. Dünyanın nüfuzlu ictimai siyasi xadimləri mərkəzin yaranmasını dəstəkləyərək Beynəlxalq İdarə Heyətinə üzv olublar. Hazırda Mərkəz qlobal problemlərin həlli yollarını araşdıran bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq təsisata çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Azərbaycanın belə forumlara evsahibliyi etməsi ölkəmizə olan etimadın, dövlətimizin başçısı İlham Əliyevin siyasətinə dəstəyin təzahürüdür. İldən-ilə iştirakçılarının sayı artan Qlobal Bakı Forumunun mövzularının da əhatə dairəsi genişlənir. Azərbaycanda təşkil edilən Qlobal Bakı Forumu digər beynəlxalq forumlardan miqyasına məzmun əhatəliliyinə görə ciddi şəkildə fərqlənir. Belə ki, əgər Davos Forumu iqtisadi, Münxen Forumu isə təhlükəsizlik məsələlərini özündə ehtiva edirsə, Bakı Qlobal Forumu bu mənada daha universal daha əhatəlidir. Yəni bu forumda beynəlxalq gündəmdə olan bütün siyasi, iqtisadi, humanitar digər mövzulara geniş yer verilir.

Xatırladaq ki, 2013- ilin 7-8 may tarixlərində Bakıda keçirilən I Cənubi Qafqaz Forumunda Azərbaycan Prezidenti İlham Əliyev xanımı Mehriban Əliyeva iştirak etmişlər. Forumda qadın məsələləri, dinlərarası, mədəniyyətlərarası dialoq, regionda gedən proseslər, keçmiş Dağlıq Qarabağ münaqişəsi bölgədəki digər münaqişə ocaqları ilə bağlı vəziyyət müzakirə olunmuşdur. 2014- ilin 28-30 aprel tarixlərində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Madrid Klubunun birgə təşkilatçılığı ilə Bakıda II Qlobal Açıq Cəmiyyətlər Forumu keçirilmişdir. Forumun açılışında Azərbaycan Prezidenti İlham Əliyev iştirak etmiş nitq söyləmişdir. Dünyanın davamlı inkişafı proqramına həsr olunan beynəlxalq Forumda 57 ölkədən 200-ə yaxın tanınmış ictimai siyasi xadim iştirak etmişdir. 2015-ci ilin 28-29 aprel tarixlərində Diasporla İş üzrə Dövlət Komitəsi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Madrid Klubu ilə əməkdaşlıq çərçivəsində baş tutan Bakıda III Qlobal Açıq Cəmiyyətlər Forumuna dünyanın 60-dan çox ölkəsindən ümumilikdə 200-dən artıq nümayəndə qatılmışdır. Beləliklə, ölkəmiz ənənəvi olaraq 2016- ilin martında IV, 2017-ci ildə V, 2018-ci il VI, 2019-cu ildə VII, 2020-ci ildə VIII Qlobal Bakı Forumlarına yüksək səviyyədə evsahibliyi etmişdir. 2022-ci ilin iyununda "Qlobal dünya nizamına təhdidlər" mövzusunda baş tutan IX Qlobal Bakı Forumu adından da göründüyü kimi, bəşəriyyəti narahat edən ən önəmli məsələlərlə bağlı olmuşdur.

Qlobal Bakı Forumu Azərbaycan üçün çox böyük əhəmiyyətə malikdir. Bakının belə forumlara evsahibliyi etməsi Azərbaycanın həm mədəni, həm iqtisadi, həm siyasi baxımdan dünyada tanınmasına xidmət edir. Həmçinin bu cür qlobal əhəmiyyətli tədbirlər Azərbaycanın beynəlxalq münasibətlərdə oynadığı rola dinamika gətirir. Göründüyü kimi, Qlobal Bakı Forumu dünya ictimaiyyətini dərindən narahat edən məsələlərin həlli yollarını araşdıran bu istiqamətdə müzakirələr apara bilən müstəqil beynəlxalq platforma olaraq xarici qonaqlar üçün Azərbaycanla dialoqu inkişaf etdirmək, yeni əməkdaşlıq əlaqələri qurmaq baxımından mühüm imkan yaradır. Azərbaycan Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasına çalışır. Prezident İlham Əliyevin çoxşaxəli siyasəti, böyük siyasi iradəsi sayəsində Azərbaycan bu gün təhlükəsizlik adası kimi tanınır. Artıq regionun inkişafı məqsədilə bir sıra addımlar atılmaqdadır. Yeni kommunikasiyalar çəkilir, iri layihələr icra olunur. Zəngəzur dəhlizi bu istiqamətdə əsas rol oynayacaqdır. Qlobal Bakı Forumu ölkəmizin gündən-günə artan nüfuzunun göstəricisidir. Forumda irəli sürülən təkliflər Bakıdan bütün dünyaya ünvanlanmış sülh barış, həmrəylik əməkdaşlıq mesajlarıdır. Qlobal Bakı Forumunda müzakirələr beynəlxalq gündəmdə dayanan məsələlərin həllində yeni yanaşmalar qurmağa kömək edəcək.

Builki Forumun da mövzusu dünya gündəmində mühüm yer tutan mövzulara həsr olunub. X Qlobal Bakı Forumunda dövrün çağırış perspektivləri, yeni dünya nizamı, iqlim dəyişikliyi, ədalətli bərabərhüquqlu enerji keçidi, iqlim, qida nüvə təhlükəsizliyi, qlobal səhiyyə sisteminin qurulması, sağlamlığın təbliği, yoxsulluq, bərabərsizlik məsələləri təhlil olunur. İqlim böhranı münaqişələr nəticəsində son illər qarşısıalınmaz miqrasiya prosesləri, yeni enerji, nəqliyyat dəhlizlərinin rolu, dünyanın müxtəlif regionlarında sülhün, sabitliyin, inkişafın axtarışı yolları digər mühüm mövzular barədə müzakirələr aparılır. X Qlobal Bakı Forumunun keçirilməsinin əsas məqsədini açıqlayan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin ümumi məqsədlər uğrunda mübarizə aparmağı vacib sayır. Bildirir ki, bu gün ağır dövrdə yaşayırıq dialoq, müzakirə vacibdir. Qlobal Bakı Forumunun müxtəlif tərəflərin fikirlərini toplayan inklüziv yaxşı platformaya çevrilməsində Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi bu təsisat çərçivəsində irəli sürdüyü təşəbbüslər mühüm rol oynayır. Belə ki, ölkəmiz Qoşulmama Hərəkatının sədri kimi qlobal problemlərə qarşı mübarizəyə öz töhfəsini verib.

Azərbaycan Prezidenti İlham Əliyev martın 9-da Bakıda "Dünya bu gün: çağırışlar ümidlər" mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində deyib: "İştirakçıların səviyyəsi Qlobal Bakı Forumunun intellektual səviyyəsi digər beynəlxalq konfransların səviyyəsinə uyğundur. Bu, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərinin idarə heyətinin çox dərin məhsuldar fəaliyyətinin nəticəsidir". Forumda müzakirələrin səviyyəsinin yüksək olacağını vurğulayan dövlətimizin başçısı onu da qeyd edib ki, göstəriləcək yeni həllər çox dəyərli olacaq.

Mustafa KAMAL,

"Respublika".