Noyabrın 3-də Azərbaycanda COVID-19 əleyhinə 412 doza vaksin vurulub
Səhiyyə

Noyabrın 3-də Azərbaycanda COVID-19 əleyhinə 412 doza vaksin vurulub

Noyabrın 3-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 412 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 121, ikinci doza vaksinlərin sayı 82, üç və daha çox doza vaksinlərin sayı 173, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 36-dır.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 912 min 597-dir. Birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 390 min 357, ikinci mərhələ üzrə 4 milyon 871 min 746, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 387 min 361, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 263 min 133-dür.

AZƏRTAC