Noyabrın 28-də Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmayıb
Səhiyyə

Noyabrın 28-də Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmayıb

Noyabrın 28-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksin vurulmayıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 921 min 387, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 392 min 537, ikinci mərhələ üzrə 4 milyon 873 min 784, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 391 min 214, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 263 min 852-dir.

AZƏRTAC