Noyabrın 22-də Azərbaycanda COVID-19 əleyhinə 428 doza vaksin vurulub
Səhiyyə

Noyabrın 22-də Azərbaycanda COVID-19 əleyhinə 428 doza vaksin vurulub

Noyabrın 22-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 428 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 112, ikinci doza vaksinlərin sayı 76, üç və daha çox doza vaksinlərin sayı 195, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 45-dir.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 919 min 197, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 391 min 980, ikinci mərhələ üzrə 4 milyon 873 min 292, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 390 min 250, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 263 min 675-dir.

AZƏRTAC