NOVRUZ BAYRAMI
Sosial həyat

NOVRUZ BAYRAMI

Hər il olduğu kimi, bu il Bakı şəhərində keçiriləcək Novruz Bayramı şənliklərinin təşkili ilə bağlı genişmiqyaslı hazırlıq işləri görülüb. Milli Parkda bayram atributları - tonqal, milli ornamentlərdən ibarət heykəllər qoyulub, müxtəlif rəngdə yumurtalarla bəzədilmiş rəngarəng tərtibat işləri görülüb ki, bu da insanlarda bayram ab-havası yaradır. Dənizkənarı bulvarın mərkəzində bayram şənliklərinin təntənəli yaddaqalan keçirilməsi üçün konsert səhnəsi qurulub. İçərişəhər Qız qalasının ətrafında Novruz yarmarkalarının təşkili üçün əlverişli ticarət mühiti yaradılıb.