Növbəti humanitar yardım
Digər xəbərlər

Növbəti humanitar yardım

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Türkiyənin zəlzələ bölgəsinə növbəti humanitar yardım Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yola salınıb.

"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov və Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçının iştirakı ilə Biləcəri dəmir yolu stansiyasından qardaş ölkəyə 25 konteynerdən ibarət humanitar yardım göndərilib. Yardım əsasən faciədən zərərçəkmiş şəxslər üçün zəruri olan əlavə avadanlıqlar, o cümlədən qızdırıcı çadırlar, generatorlar, istilik radiatorları, çöl üçün qızdırıcılar, dizel yanacaqlı kaloriferlər, həmçinin axtarış-xilasetmə işlərinə dəstək məqsədilə avadanlıqlar, tibbi ləvazimatlardan ibarətdir.

Qeyd edək ki, təbii fəlakətin ilk günlərindən Türkiyə xalqı ilə həmrəylik nümayiş etdirən Azərbaycan ictimaiyyəti genişmiqyaslı yardım kampaniyalarında yaxından iştirak edir.

Səfir Cahit Bağçı bu çətin günlərdə göstərilən böyük dəstəyə görə Azərbaycan dövləti və xalqına təşəkkür edib.

Əli SADIQOV,

"Respublika".