“Nizami Gəncəvi yaradıcılığı: mənəvi dəyərlər və vətənpərvərlik” mövzusunda müsabiqənin qalibi
Digər xəbərlər

“Nizami Gəncəvi yaradıcılığı: mənəvi dəyərlər və vətənpərvərlik” mövzusunda müsabiqənin qalibi

Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış böyük sənətkarın parlaq irsi xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-ci il ölkəmizdəNizami Gəncəvi İlielan edilib.

Dahi şairin yaradıcılığının gənclər arasında geniş təbliğ edilməsi, vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi, istedadlı yaradıcı gənclərin stimullaşdırılması məqsədilə Gənclər İdman Nazirliyi Azərbaycan Yazıçılar Birliyi tərəfindənNizami Gəncəvi yaradıcılığı: mənəvi dəyərlər vətənpərvərlikmövzusunda onlayn esse müsabiqəsi keçirilib.

Müsabiqəyə 101 nəfər gəncin təqdim etdiyi esselər qiymətləndirilib. Qaliblər fərqlənənlər müəyyən edilib. İlk onluğa layiq görülənlər arasından I, II III yerlərin qalibləri 7 nəfər fərqlənənlər seçilib.

Fərqlənənlər arasında Astara Pedaqoji Kollecin psixoloqu Şəbnəm Hüseynova da vardır. Şəbnəm Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunudur. Həm məzunu olduğu 100 yaşlı təhsil ocağının, həm işlədiyi Astara Pedaqoji Kollecin adını yüksək tutaraq yeni bir uğura imza atıb.

Gənclər İdman Nazirliyində keçirilən mükafatlandırma mərasimində nazir müavini İntiqam Babayev layihənin məqsədi əhəmiyyəti barədə məlumat verib, Nizami Gəncəvi yaradıcılığına müraciət edən gənclərin hər birinə fəal iştiraklarına görə təşəkkürünü bildirib. Mərasimdə astaralı gənc müəllim Şəbnəm Hüseynovaya Fəxri Fərman mükafat təqdim olunub.

Əlisəfa HƏSƏNOV,

Respublika”.