Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yubiley tədbirinin iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
Sosial həyat

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yubiley tədbirinin iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yubiley tədbirinin iştirakçıları oktyabrın 26-da Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə gül dəstələri düzüblər.

AZƏRTAC xəbər verir ki, sonra Şəhidlər xiyabanına gələn tədbir iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə və "Əbədi məşəl" abidəsinin önünə gül dəstələri qoyublar.

AZƏRTAC