Nikol Paşinyan - Qərbin
Siyasət

Nikol Paşinyan - Qərbin "Troya atı"

Qərb dairələri Cənubi Qafqazdakı destabil vəziyyətdən öz xeyirlərinə yararlanmaq niyyətindədirlər. Qlobal güclər yaranmış fürsətdən istifadə edərək regionda fəallaşmağa qalıcı olmağa çalışırlar. Amerika Fransa Cənubi Qafqaza nüfuz etmək üçün xüsusi fəallıq göstərir, erməni lobbiçilərinin əlində oyuncağa çevrilmiş Avropa Parlamenti isə müxtəlif böhtanlarla Azərbaycana qarşı qətnamələr qəbul edir. Getdikcə açıq görünür ki, Vaşinqton-Paris-Brüssel-Moskva xəttində regionla bağlı ziddiyyətlər artmaqdadır. Mövcud geosiyasi vəziyyətdə isə regional vahidliyin önəmi Cənubi Qafqaz üçün ən əsas şərtdir. Güc mərkəzlərinin maşası olan Ermənistanın baş naziri Nikol Paşinyan regional maraqları, müxtəlif meyilləri özündə əks etdirməyə davam edir. Heç şübhəsiz, Cənubi Qafqazın təhlükəsizliyi məsələsində Azərbaycan əsas mövqeyə sahibdir bu sahədə ölkəmizin rolu daha aydın şəkildə özünü göstərir. Prezident İlham Əliyevin atdığı konstruktiv ədalətli addımlar regionda sülhün hakim olmasına olan inamı artırır.

Cənubi Qafqaz regionunda maraqları olan güclər geopolitik proseslərə müdaxilə etməyə çalışır, regional ölkədaxili məsələlərə istiqamət verməyə cəhd göstərirlər. Belə olan halda, regionda sabitlik əvəzinə gərginliyin daha da artması qaçılmaz olur. Regionda güc sahibi olmağa can atan dövlətlərin sırası kifayət qədər genişdir. Üstəlik, bu dövlətlərin əksəriyyətinin xarici siyasətdə maraqları kəskin şəkildə toqquşur. Regional gərginliyi artıran məqamlardan biri məhz budur.

Postsovet məkanında Rusiyanın hakim mövqeyi danılmazdır. Lakin unudulmamalıdır ki, dünya hazırda yeni eranın astanasındadır geostrateji güc savaşında hər şey dəyişkəndir. Bu məqamda, qoca qitənin attığı addımlar xüsusi diqqət mərkəzindədir. Təsadüfi deyil ki, Rusiya-Ukrayna müharibəsinin gətirdiyi reallıqlar dünyanın hər bir nöqtəsində fərqli nəticələrlə müşahidə olunur. Plan çox açıqdır - Rusiyaya qarşı yeni cəbhə açaraq onu hər tərəfdən mühasirəyə almaq. Məhz bu məqamda Cənubi Qafqazın əhəmiyyəti olduqca böyükdürDanılmaz faktdır ki, hər iki güc mərkəzinin Rusiya qədər regionda söz haqqı yoxdu bütün cəhdlər Kremlin təsir dairəsini regionda zəiflətməyə yönəlmişdir. Azərbaycan Ermənistan arasındakı gərginliyin hökm sürməsi məhz bu güc dairələrinin əsas "səbəbi" olaraq göstərilir. Əslində bu məqam özlüyündə bütün məsələləri aşkara çıxarır. Paşinyanın sülhə meyil etməməsi, Ermənistandakı Rusiya hərbi bazaları önündə keçirilən aksiyalar, beynəlxalq məkanda Avropa   Amerikanın hərbi birləşmələrinin Ermənistan tərəfindən regiona dəvəti s. məqamlar Cənubi Qafqazın yeni cəbhə seçilməsini göstərir. Digər tərəfdən, Rusiya Ermənistanın davranışlarından ciddi şəkildə narahatdır. Çünki ən kiçik ehtimal belə olsa ABŞ Qərbin vasitəçiliyi ilə imzalanacaq sülh sazişi Rusiyanın Cənubi Qafqazda rolunu olduqca azaldacaq. "Rusiya Cənubi Qafqazdan çıxmaq niyyətində deyil", - deyən İrəvandakı rus səfirin açıqlaması Xarici İşlər Nazirliyinin təmsilçisi Mariya Zaxarovanın sərt xəbərdarlıqları da vəziyyətin həddə olduğunu göstərir. Yaxın keçmişdə baş tutan Ali Avrasiya İqtisadi Şurasının iclasında isə Nikol Paşinyan Laçın dəhlizi ilə bağlı ifadəsində bir daha vurğuladı: "Biz hesab etmirik ki, yol açıqdır. Biz blokada səbəbindən humanitar böhranın qiymətləndirilməsi üçün oraya beynəlxalq missiyanın göndərilməsini zəruri hesab edirik".

Göründüyü kimi, Ermənistan öz ərazilərini növbəti hərblər üçün sınaq meydançası etməyə maraqlıdır. ABŞ-ın Soros vasitəsilə hakimiyyətə gətirdiyi Paşinyandan gözləntisi elə bundan ibarətdir. Belə ki, KTMT üzvlüyündən qurtula bilməyən Ermənistan həm "Avropa İttifaqı missiyası" adı altında Fransa hərbi kəşfiyyatını da ölkə ərazilərinə cəlb edir. Buna əsasən  ABŞ-da Ermənistan ərazilərində hansısa bir formada hərbi mövcudluq niyyətindədir. Bir müddət əvvəl ABŞ ordusunun Avropa Komandanlığının qərargah rəisinin müavini, briqada generalı Patrik Ellisin başçılıq etdiyi nümayəndə heyətinin Ermənistana səfəri  burada Ermənistan Müdafiə Nazirliyinin nümayəndələri ilə şəxsi heyətin hazırlanması, birgə təlimlərin keçirilməsi, təcrübə bilik mübadiləsi imkanlarının müzakirə edilməsi bir növ mesaj xarakteri daşıyırdı. Bununla yanaşı, ABŞ dövlət katibi Antoni Blinken Fransa xarici işlər naziri Katrin Kolonna Azərbaycan-Ermənistan münasibətləri ətrafında yaranmış vəziyyəti müzakirə edərək bir növ regiondakı maraqları dəyərləndirirlər. Laçın yolu ilə bağlı məsələ isə növbəti sualı meydana gətirir. Sözügedən hadisənin ABŞ Fransaya qətiyyən aidiyyəti yoxdur. Bu, Azərbaycanın daxili işidir kənar qüvvələrin bu məsələ ilə bağlı fikir bildirməsi adekvat deyil.

ABŞ-la Avropa arasındakı əsas birləşdirici nöqtələr Rusiya-Ukrayna müharibəsi regionda Türkiyə-Azərbaycan liderliyinin sarsılmasıdırVaşinqton anlayır ki, Avropa İttifaqı təkbaşına bu güclərə qarşı dura bilməyəcək. Onların məqsədi regionda həlledici söz sahibi olmaqdır. Bunun üçün hər iki qlobal güc Ermənistandan istifadə edirErmənistanın "Qolos Armenii" nəşrinin dərc etdiyi məqalədə deyilir ki, Paşinyan hakimiyyəti Qərb kəşfiyyatının təhlükəli oyunlarında alətə çevrilib: "Paşinyan hakimiyyəti Ermənistanın təhlükəsizliyini təmin etmək ümidi ilə ABŞ Qərbin Rusiyanı regiondan sıxışdırmaq məqsədi güdən təlimatlarını icra edir".

Mövcud vəziyyətdə Amerika Fransa ATƏT-in keçmiş Minsk qrupunu diriltməyə cəhd göstərirlər. Sərhədlərin delimitasiyası demarkasiyasını da Ermənistana sərf edən şəkildə reallaşdırmağa çalışırlar. Ümumilikdə götürsək, sülhün əldə olunması yekdilliklə söylənilsə məqsədlər göründüyü kimi fərqlidir.

Digər bir məqam isə Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə ilə bağlıdır. Belə ki, regionda faktiki olaraq yeni geosiyasi dinamikanın yaranması nəticəsi kimi, artıq kimsə inkar edə bilməz ki, Türkiyə-Azərbaycan müttəfiqliyi Cənubi Qafqazda real geosiyasi qüvvədir proseslərin gedişinə ciddi təsir göstərir. Beynəlxalq məkanda isə artıq bu iki dövlət olmadan heç bir layihə reallaşmır, heç bir problem öz həll yolunu tapa bilmir.

Sülh prosesi regional ikitərəfli çərçivədə Cənubi Qafqazın gələcəyini formalaşdıracaq. Bunu güc mərkəzləri kifayət qədər yaxşı anlayır bir növ buna mane olmağa çalışırlar. Avropanın missiyaçıları, Amerikanın hərbi dəstəyi "sülh" adı altında atılan bütün addımlar regionu növbəti konfliktə sürükləyir. Avropa Amerikanın "sülhsevər" bəyanatları bu gün Cənubi Qafqaza nəinki sabitlik, əksinə qarışıqlıq gətirir. Paşinyanın əli ilə sülh naminə "Troya atı"nın içində öz qoşunlarını gətirməyə çalışanlar, guya regionda stabilliyi bərpa edənlər bu tarixi oyunun ikinci pərdəsini reallaşdırmağa cəhd edirlər. Lakin Azərbaycan dövləti ona qarşı atılan hər addımdan, qurulan hər bir xəbis plandan, anti-Azərbaycan dairələrindən xəbərdardır.

Nurlan ABDALOV,

"Respublika".