Niderlandlı səyyah: Biz Azərbaycana Qarabağın tarixini öyrənmək üçün gəlmişik
MÜSAHİBƏLƏR

Niderlandlı səyyah: Biz Azərbaycana Qarabağın tarixini öyrənmək üçün gəlmişik

Mən üçüncü dəfədir ki, Azərbaycana gəlirəm. Biz buraya Qarabağ regionunun tarixini öyrənmək üçün gəlmişik.

Bu fikirləri Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edən niderlandlı səyyah Boris Kester Şuşada AZƏRTAC-a müsahibəsində bildirib.

Qarabağda dağıdılmış binaları, eyni zamanda, aparılan tikinti işlərini gördüyünü deyən səyahətçi qeyd edib: "Şuşa çox maraqlı şəhərdir. İnanıram ki, Şuşanın tarixini daha dərindən öyrənəcəyəm".

AZƏRTAC