Nəsillərə nümunə olan ömür yolu
Sosial həyat

Nəsillərə nümunə olan ömür yolu

Aprelin 28- Zirə Mədəniyyət Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) "Modern Ailə İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 100- ildönümünə həsr olunmuş "Nəsillərə nümunə olan ömür yolu" mövzusunda tədbir keçirilib.

Əvvəlcə Zirə Mədəniyyət Mərkəzində müasir müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstünün önünə gül dəstələri düzülüb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra "Əsl məhəbbət haqqında" sənədli filmi nümayiş olunub.

Tədbirdə çıxış edən YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, 2023- il Azərbaycan xalqı dövləti üçün bir çox cəhətdən əlamətdardır: "Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2023- il ölkəmizdə "Heydər Əliyev İli" elan edilmişdir Ümummilli Liderimizin zəngin dövlətçilik irsinin tədqiq olunması, əbədiyaşar ideyalarının yeni nəslə aşılanması istiqamətində respublikamızda onun hüdudlarından kənarda silsilə tədbirlər həyata keçirilməkdədir. Eyni zamanda, bu il Ulu Öndərin ömür-gün yoldaşı, Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100- ildönümüdür".

YAP Sədrinin müavini vurğulayıb ki, Zərifə xanım Əliyevanın fərdi ictimai portreti olduqca rəngarəngdir: "Mənalı nümunəvi həyat yoluna malik olan Zərifə xanım Əliyeva istər peşəkar həkim-mütəxəssis, istər ləyaqətli ziyalı dəyərli elm xadimi, istər vəfalı ömür-gün yoldaşı, istərsə qayğıkeş ana kimi Azərbaycan tarixində silinməz izlər buraxmışdır. Ona görə iftixarla qeyd edirik ki, Zərifə xanım Əliyevanın zəngin mənalı ömür yolu bugünkü gələcək nəsillərə parlaq nümunədir".

YAP Mərkəzi Aparatının rəhbəri söyləyib ki, Zərifə xanım Əliyevanın fəaliyyəti məqsədyönlü, çoxşaxəli məhsuldar olmuşdur: "O, həm peşəkar oftalmoloq kimi insanlara nur şəfa bəxş etmiş, həm savadlı mütəxəssislərin yetişməsində fəal rol oynamış, həm gənc nəslin milli-mənəvi dəyərlər əsasında tərbiyəsi üçün dəyərli örnək yaratmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında imzaladığı Sərəncamda qeyd edildiyi kimi, akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir. Zərifə xanım tibb elminin oftalmologiya sahəsində səmərəli fəaliyyəti müstəsna xidmətləri ilə fərqlənmişdir. Bir çox ilklərin müəllifi olan Zərifə xanım Əliyevanın apardığı tədqiqatlar Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir. Azərbaycanda traxomanın xəstəlik kimi ləğv edilməsi Zərifə xanım Əliyevanın adı ilə bağlıdır. Görkəmli alim dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış elm sahəsində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoymuşdur. O, həmçinin oftalmologiyanın aktual problemlərinə həsr edilmiş çoxprofilli tədqiqatlar müəllifi kimi yadda qalmışdır".

Tahir Budaqov qeyd edib ki, Zərifə xanım Əliyevanin fəaliyyəti, xüsusilə çoxsaylı həkim-oftalmoloqların yetişdirilməsində əvəzsiz xidmətləri daim yüksək qiymətləndirilmişdir: "O, oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə bir çox mükafatlarla təltif olunmuşdur. Zərifə xanım Əliyeva keçmiş ittifaqın oftalmologiya sahəsində ən yüksək mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülən ilk qadın alimdir. 150-dən artıq elmi əsərin müəllifi olan akademik SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini kimi səmərəli fəaliyyət göstərmiş, respublika "Bilik" Cəmiyyəti İdarə Heyətinin keçmiş ittifaqın Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin, "Oftalmologiya xəbərləri" jurnalının redaksiya heyətinin üzvü olmuşdur. Bütün bunlar görkəmli alimin ictimai fəaliyyətinin ölkəmiz üçün qədər faydalı önəmli olduğunu göstərir".

YAP Sədrinin müavini bildirib ki, Zərifə xanım Əliyevanın vəfalı ömür-gün yoldaşı, qayğıkeş ana kimi nəsillərə nümunə yaratması da Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur: "Azərbaycan qadınlarına məxsus ləyaqətli şərəfli ömür yaşamış Zərifə xanım xalqımızın ümummilli lideri Heydər Əliyevlə ailə məsuliyyətini paylaşaraq cənab İlham Əliyev kimi tarixi şəxsiyyət yetişdirmişdir. Heç şübhəsiz, övladının yüksək məqama çatması, Vətən naminə dəyərli faydalı işlərə imza atması hər bir valideynin ülvi arzusudur. Heydər Əliyev məktəbindən dərs alan, Zərifə Əliyevanın qayğısı ilə böyüyən cənab İlham Əliyev Prezident, Müzəffər Ali Baş Komandan kimi Azərbaycana möhtəşəm uğurlar qazandıraraq, ölkəmizi tərəqqi Zəfər zirvəsinə yüksəldərək həm ata vəsiyyətini, həm Vətənə sədaqət andını şərəflə ləyaqətlə yerinə yetirmişdir. Bu səbəbdən Heydər Əliyevin Zərifə xanım Əliyevanın ruhu şaddır. Bir çox mükafatlara fəxri adlara layiq görülmüş Zərifə xanım Əliyeva xalqın sonsuz sevgisini - əbədi məhəbbətini qazanmış, xatirələrdə silinməz izlər buraxmışdır. Heç şübhəsiz, bu, onun ən böyük qiymətli mükafatıdır".

Tahir Budaqov çıxışını Prezident İlham Əliyevin Zərifə xanım Əliyevanın həyat fəaliyyətinə işıq salan fikirləri ilə tamamlayıb: "Zərifə xanımın nurlu obrazı həmişə bizim ürəyimizdədir. Onu tanıyanlar, haqqında kitablarda, məqalələrdə oxuyanlar da hesab edirəm ki, onun nurlu obrazını daim öz ürəyində saxlayır. Zərifə xanım böyük həkim, böyük alim, böyük insan idi. Onun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır".

Milli Məclisin Ailə, qadın uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxışında bildirib ki, Zərifə xanım Əliyeva xalqımızın yaddaşında novator istedadlı alim, bilikli bacarıqlı həkim, tanınmış ictimai xadim, qayğıkeş ana kimi qalmışdır: "Zərifə Əliyeva dedikdə ilk növbədə gözümüzün önündə işıq, nur canlanır. Bu, təkcə ona görə deyil ki, o, gözlərə nur bəxş edib, insanlara görmək sevincini yaşadıb. Bu həm ona görədir ki, Zərifə xanım şərə, qaranlığa qarşı dayanmaq üçün ta qədim dövrlərdən günümüzədək yaşayan əxlaq triadasında göstərildiyi kimi, xeyirxah fikir, xeyirxah söz, xeyirxah əməl sahibi olub.

Zərifə xanım Əliyeva ciddi elmi-tədqiqatları, mürəkkəb cərrahiyyə əməliyyatları ilə yanaşı, pedaqoji fəaliyyətini uğurla davam etdirirdi: "Zərifə Əliyeva Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü olmuş ilk oftalmoloqdur. Eyni zamanda, gənc nəslin təlim-tərbiyəsində, yüksək səviyyəli tibb işçilərinin hazırlanmasında, professional elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərmiş, sanballı tədqiqatları ilə Azərbaycan elminə töhfələr vermişdi. Bu sahədə əvəzsiz xidmətlərinə görə müxtəlif mükafatlara layiq görülmüşdü".

Tədbirdə YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Əmək sosial siyasət komitəsinin sədri Musa Quliyev çıxış edərək akademik Zərifə xanım Əliyevanın tibb elminin səhiyyənin inkişafındakı xidmətlərindən ətraflı bəhs edib. O bildirib ki, öz dövrünün görkəmli həkim səhiyyə təşkilatçısı, pedaqoq, SSRİ məkanında sayılıb-seçilən oftolmoloq-alimlərdən biri olan Zərifə xanım Əliyeva həm fəal ictimai xadim, humanist kübar bir xanım, xeyirxah ziyalı, mehriban həyat yoldaşı, qayğıkeş ana, yüksək mədəniyyətə incə zövqə malik Azərbaycan qadını kimi yaddaşlarda yaşayır.

Parlamentin komitə sədri vurğulayıb ki, Zərifə xanım Əliyevanın həkimlik alimlik fəaliyyətində şəxsi keyfiyyətlərindən irəli gələn yüksək mədəniyyət, ziyalılıq, kübarlıq, alim vətəndaş məsuliyyəti kimi yüksək insani keyfiyyətlər həmişə diqqəti cəlb etmiş, həmkarlarına tələbələrinə gözəl bir nümunə olmuşdur.

YAP Veteranlar Şurasının üzvü, "Modern Ailə İnkişaf" İctimai Birliyinin sədri Zərifə Quliyeva bildirib ki, akademik Zərifə xanım Əliyeva ləyaqətli, humanist, xeyirxah mehriban insan kimi əbədi məhəbbət qazanıb: "O, hamıya əl tutar, hamının qəlbinə yol tapmağı bacarırdı. Zərifə xanım başqalarının dərdini, problemini özününkü hesab edərdi, çünki insanları sevirdi. Peşəsində qazandığı uğurlar da bu xüsusiyyəti ilə bağlı idi. Zərifə Əliyeva şəxsiyyətinin gücü məhz onun daim insanların dərdlərinə, qayğılarına, çətinliklərinə təmənnasız insan sevgisindən irəli gəlirdi. Zərifə xanım yüksək daxili mədəniyyəti, incə qəlbi, elmə sədaqəti, insanlara münasibətdə məsuliyyəti ilə xalqımızın yaddaşında həmişə yaşayır, daim böyük ehtiramla anılır. Zərifə xanım çox zəngin mənalı ömür yolu keçmişdir. O, qarşısına ölkə üçün yüksək təfəkkürlü, bilikli göz həkimləri hazırlamaq kimi mühüm vəzifə qoymuş bunu müvəffəqiyyətlə həyata keçirmişdi. Bu qədər uğurlarla bərabər Zərifə xanım çox sadə təvazökar bir xanım idi".

"Zərifə xanım Əliyeva unudulmaz, nümunəvi bir şəxsiyyət ömrü yaşadı. İşıqlı amalların, nəcib duyğuların təcəssüm tapdığı bir həyat yaşayan Zərifə xanımın parlaq xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq".

Daha sonra tədbir bədii hissə ilə davam edib.

Sonda xatirə şəkli çəkdirilib.

Xaqani KOSAYEV,

Respublika”.