Nəqliyyat problemlərinin həlli istiqamətində profilaktik tədbir
Digər xəbərlər

Nəqliyyat problemlərinin həlli istiqamətində profilaktik tədbir

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Dövlət Yerüstü Nəqliyyat Agentliyi 20 Yanvar dairəsi və “Şamaxinka” adlanan istiqamətində nəzərat-profilaktik tədbirlər həyata keçirdir. 3 iyun Dövlət Yerüstü Nəqliyyat Agentliyinin məlumatında bildirilir ki,  tədbirlərin görülməsində əsas məqsəd həmin ərazidə bir sıra vacib nəqliyyat problemlərini həll etməkdir:

“Şimal qapısından şəhərə daxil olan nəqliyyat axınının düzgün idarə olunması və nəqliyyatın fasiləsizliyinə eləcə də təhlükəsizliyinə xələl gətirən halların aradan qaldırılması üçün birlikdə zəruri tədbirlər başlanılıb. Ərazidəki problemləri birlikdə təhlil etdikdən sonra görüləcək işlər həm də sərnişinlərin nəqliyyat ehtiyaclarını düzgün planlaşdırmağa kömək edəcək. Bu tədbirlər davamlı şəkildə keçiriləcək.

Nəticədə qanunsuz sərnişindaşımaların, həmin şəxslərin yolların hərəkət istiqamətini zəbt etməsinin və dayanma-durma qaydalarının pozulmasının qarşısı alınacaq.

“Respublika”.