Neftçala: Əbədi qəhrəmanlar qürurla anılır
Region

Neftçala: Əbədi qəhrəmanlar qürurla anılır

Neftçalada müxtəlif qəsəbə və kəndlərdə  Anım Günü keçirilən tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri, şəhid ailələri, qazilər və müharibə iştirakçıları iştirak etdilər.
Öncə Neftçala şəhərindəki Şəhidlər Xiyabanındakı şəhidlərin məzarı ziyarət olunub, ruhuna dualar oxundu  və  məzarları  üzərinə  tər gül çiçəkləri düzüldü.
Dövlət Himni səslənib, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olundu.
Tədbirdə Qarabağ Veteranları, əlilləri və şəhid ailələri İctimai Birliyinin Neftçala filialının sədri Emin Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala Rayon Şöbəsinin rəisi, polkovnik- leytenant Tofik Quliyev,  Milli Məclisin deputatı Sabir Rüstəmxanlı, 20 Yanvar Cəmiyyətinin sədri Sultan Əzimzadə çıxış edərək sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan Vətən müharibəsindəki Azərbaycan xalqının əzmindən, müharibə ruhundan, əsgər və zabitlərin şücaətlərindən, döyüş yollarından danışdılar.
Şəhid ailələri adından çıxış edən Milli Qəhrəman mayor Samid İmanovun atası Gülağa İmanov, Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun anası Filarə İsmayılova igid döyüşçülərimizin, qazilərimizin igidliklərindən və tarixi 44 günlük qələbəmizdən söhbət açdılar. Şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılığını ifadə edən şəhid ailələri Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını və təşəkkürlərini bildirdilər. Tədbirdə çıxış edən Neftçala RİH başçısı Mirhəsən Seyidov bildirdi ki, bu gün ölkə Prezidenti İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasətinin nəticəsidir ki, 30 ilə yaxın işğalda olan torpaqlarımız xalqımızın birliyi və müzəffər Ordumuzun peşəkarlığı sayəsində azad olundu. Qəhrəman gənclərimizin vətən uğrunda göstərdiyi fədakarlıqları dövlətimiz tərəfindən yüksək qiymətləndirilir, onların hər biri orden və medallarla təltif edilib, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Neftçala şəhəri Milli Qəhrəman Samid İmanov adına 1 saylı tam orta məktəbin şagirdlərinin hazırladıqları kompozisiyalar ilə davam etdirildi.

Mərasim  iştirakçıları  Neftçala  rayonu  ərazisində   şəhidlərimizin   xatirəsinə   ehtiram  əlaməti  olaraq ağac  əkdilər.             

            

Biləsuvar

Anım günü Biləsuvar rayonunda da  silsilə tədbirlərlə qeyd olundu.
Əvvəlcə Vətən müharibəsində Biləsuvar rayonunun ilk şəhidi olan İlkin Abıyevin evi ziyarət olunaraq  valideynləri   ilə  görüş  keçirildi. Şəhid İlkin Abıyevin şəhadətindən bir il ötür.  İlkinin  ata ocağında keçirilən il mərasimində iştirak edən Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov və qonaqlar Vətən müharibəsində şanlı tarix yazan oğullarımızın hər birinin qəhrəman olduğunu və bu gün hər kəsin fəxr etdiyini, qürur duyduğunu, Azərbaycan xalqı var olduğu müddətcə şəhidlərimizin qəlblərdə  əbədi yaşayacağını vurğuladılar.   Biləsuvar rayon Mərkəzi Parkında Anım Gününə həsr olunmuş rayon tədbiri keçirildi. Tədbirdə iştirak edənlər torpaqlarımızın azadlığı uğrunda canından keçmiş  Birinci  və İkinci  Qarabağ müharibəsi şəhidlərinin əziz xatirələrini yad edərək abidələrini tər çiçəklərlə bəzədilər. Anım Günü tədbirində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli, deputat  Bəhruz Məhərrəmov çıxış edərək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun əldə etdiyi  tarixi Zəfərimizdən  danışdılar.   Bildirildi  ki, şəhidlərimizin xatirəsi bizim üçün hər zaman əzizdir. Şəhidlik zirvəsinə ucalan qəhrəmanların keçdikləri şərəfli ömür yolu gələcək nəsillər üçün örnəkdir. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsini və adını uca tutmaq, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək hər bir insanın vətəndaşlıq borcudur. Tədbirdə şəhidlərə  həsr olunmuş ədəbi-bədii kompozisiya səsləndirildi.
Qəhrəman şəhidlərimizin əziz xatirəsinə  ehtiram əlaməti olaraq 500 ədəd müxtəlif növ ağac əkdilər.

 

Beyləqan
Beyləqan rayonunda Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq anım tədbiri keçirildi.
Beyləqan  rayonunda   Azərbaycan dövlətinin tarixinə həkk olunmuş igidlərin ruhlarına hörmət və ehtiram əlaməti olaraq şəhidlərin adına ucaldılmış xatirə kompleksinin önündə keçirilən tədbirdə Rayon İcra Hakimiyyətnin başçısı Asif  Ağayev,  aparatın nümayəndələri,  millət vəkili, hüquq-mühafizə

orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər, idarə və müəssisə rəhbərləri, N saylı hərbi hissənin  əsgərləri, məktəblilər  və  ictimaiyyət  nümayəndələri  iştirak etdilər. Tədbir Azərbaycan Respublikasının Himni ilə başladı. Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev tədbirdə çıxış edərək şəhidlərin qəhrəmanlığının Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri  üçün örnək olduğunu qeyd etdi. Rayon  rəhbəri  bildirdi ki, Haqq və Şərəf  işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi. Həmvətənlərimiz  şəhid oldu, itkin düşdü,  yaralanaraq sağlamlığını itirdi. Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edildi. Ölümüylə ölümsüzlüyə qovuşan, bizə Zəfəri bəxş edən şəhidlərimiz heç vaxt unudulmayacaq və yaddaşlardan silinməyəcəkdir. Çıxış edən şəhid ailələri övladlarının qəhrəmanlığından bəhs etdilər,  ölkə  rəhbərliyinə  onlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər. Tədbirin sonunda şəhid övladları və məktəblilər hazırladıqları şeir kompozisiyalarını təqdim etdilər.  Sonra  Birinci Qarabağ və Vətən müharibəsində həlak olmuş  naməlum şəhidlərin məzarları ziyarət edilərək, onların xatirəsi dərin hörmətlə  yad  edilərək  abidə önünə əklil,  şəhid  məzarları önünə  gül dəstələri düzülüb, ruhlarına dua oxundu.

        Ərəstun   ABDULOV,

          “Respublika”.