Neft Fondu: uğurlu fəaliyyət, yeni hədəflər
İQTİSADİYYAT

Neft Fondu: uğurlu fəaliyyət, yeni hədəflər

Makroiqtisadi sabitliyin qorunmasında mühüm layihələrin maliyyələşdirilməsində, ehtiyat vəsaitlərin yaradılmasında fond əhəmiyyətli mövqeyə malikdir

Milli Neft Strategiyasında nəzərdə tutulmuş hədəfə nail olmaq məqsədilə ulu öndər Heydər Əliyevin Fərmanı ilə 1999-cu ildə Azərbaycanın suveren fondu olan Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) əsası qoyulub. Neftlə zəngin olan ölkələrdə belə fondların təsis edilməsi bu təbii sərvətdən gələn qazancın nəsillər arasında bərabər bölgüsünə, onların səmərəli məqsədyönlü şəkildə idarə edilməsinə şərait yaradır. Hazırda Azərbaycan Respublikası Neft Fondu (ARDNF) institusional cəhətdən çox yüksək səviyyədə formalaşmaqla bərabər, ölkə daxilində, eləcə beynəlxalq səviyyədə tanınan vəsaitlərin idarə edilməsi, şəffaflığın təmin edilməsi baxımından öz təcrübəsini bölüşdürməyə qadir olan qurumdur. Çünki ARDNF yaradılarkən analoji dünya təcrübəsinə istinad edilməklə yanaşı, yerli xüsusiyyətlər ehtiyaclar nəzərə alınmış, neft gəlirlərinin gələcək nəsillər üçün toplanması ilə bərabər, bugünkü nəsillərin problemlərinin həlli üçün istifadə edilməsini nəzərdə tutan model seçilmişdir.

2017-ci il mayın 31- 24- Beynəlxalq Xəzər Neft Qaz Sərgisinin açılışındakı nitqində Prezident İlham Əliyev deyib: “Dövlət Neft Fondunun xətti ilə ölkəmiz üçün ən önəmli layihələrin icrası nəzərdə tutulur. Onlardan birincisi məcburi köçkünlərin problemlərinin həllidir. Son illər ərzində məhz neft fondunun vəsaiti hesabına məcburi köçkünlər üçün 100-ə yaxın qəsəbə salınıbdır. Bu vəsait, əlbəttə, neft əməliyyatlarının gəlirlərindən formalaşır bu gün biz özümüzü dünyada müasir, dinamik inkişaf edən ölkə kimi təsdiq edə bilmişik”.

İndi bu qəsəbələrin sayı 100-dən artıqdır. 10 ildən çoxdur çadır şəhərcikləri ləğv olunub. Təkcə keçən il 6 min köçkün ailəsinə mənzillər təqdim edilib.

Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri layihəsində Azərbaycanın iştirak payını da neft fondu maliyyələşdirdi. 2005-ci ilin mayında Bakı yaxınlığındakı Səngəçal terminalında ilk yükünü qəbul edən BTC 2006- ilin iyulunda tam bir sistem kimi işə düşdü. Həmin vaxtdan fasiləsiz təhlükəsiz işləyən kəmərin özü bu gün artıq təkcə Azərbaycana deyil, bütün regiona xeyir gətirir. Neft fondundanCənub Qaz Dəhlizinin çəkilişinə vəsaitlər ayrılıb. Hazırda bu dəhlizin dörd komponentindən üçü - “Şahdəniz-2”, Azərbaycandan başlayaraq Gürcüstan-Türkiyə sərhədinə kimi uzanan CQBK (Cənubi Qafqaz Boru Kəməri), Türkiyə ərazisindən keçən TANAP (Transanadolu Qaz Boru Kəməri) artıq gerçəkləşib. Bir ildən çoxdur TANAP-la TürkiyəyəŞahdənizqazı nəql olunur. Yunanıstan, Albaniya İtaliyanı birləşdirən TAP-ın (Transadriatik Qaz Boru Kəməri) çəkilişi sona yaxınlaşır.

Cənub Qaz Dəhliziqarşıdan gələn 100 il ərzində Azərbaycan xalqına xidmət edəcək milli iqtisadiyyatın inkişafında mühüm amil olacaq. Ölkəmizin regionda Avropada nüfuzunun artmasını, Azərbaycanla Qərb arasında münasibətlərin daha yüksək pilləyə qalxmasını şərtləndirəcək. Azərbaycanın enerji ixrac edən tranzit ölkə kimi əhəmiyyəti daha da artacaq. Layihədə iştirak edən bütün ölkələr, şirkətlər mənfəət əldə edəcək. Bu layihə Azərbaycana böyük gəlirlər gətirəcək, insanların rifahının yüksəlməsinə təsir göstərəcək. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Cənub Qaz DəhliziAzərbaycanın liderliyi ilə həyata keçirilən, tarixi əhəmiyyətə malik, xalqımızın firavan gələcəyini təmin edən, regionda, Avropada təhlükəsizliyin, əməkdaşlığın möhkəmlənməsinə xidmət göstərən qlobal layihədir.

Azərbaycan neftdən qazdan gələn gəlirləri, eyni zamanda, nəqliyyat sektoruna yönəldib. ARDNF-in vəsaitləri hesabına Bakı-Tbilisi-Qars dəmir yolu kimi əhəmiyyətli bir layihəni maliyyələşdirdi. Bunlar Azərbaycanı nəinki bölgədə, bütün Avrasiya məkanında nəqliyyat mərkəzinə çevirdi. Görülən işlər indi ölkə ərazisindən böyük həcmli yüklərin Şərqdən Qərbə, Qərbdən Şərqə daşınmasına imkan verir.

Bütün bu işlərin uğurlu həlli ulu öndər Heydər Əliyevin qurub-yaratdığı Prezident İlham Əliyevin gündən-günə inkişaf etdirdiyi müstəqil Azərbaycanın Dövlət Neft Fondundan qaynaqlanır.

2020-ci ildə qarşısına qoyulmuş məqsəd vəzifələrin icrasına uyğun olaraq ARDNF tərəfindən neft qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirlərin gələcək nəsillər üçün toplanması vəsaitlərin idarə edilməsi təmin edilmişdir. Ötən il xam neftin qiymətləri aşağı olsa da, Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlərin yüksək olması, eləcə valyuta məzənnələrinin dəyişməsi qızılın qiymət artımı şəraitində ARDNF-in aktivlərində ilin əvvəli ilə müqayisədə artım qeydə alınmışdır. İstehsal edilən ÜDM-in 70,1 %-lik payı qeyri-neft sektorunun payına düşmüşdür. 31 dekabr 2020-ci il tarixinə ölkənin strateji valyuta ehtiyatlarının (ARDNF Azərbaycan Respublikası Mərkəzi Bankı) həcmi 49 933,7 milyon ABŞ dolları təşkil edərək keçən ilin sonu ilə müqayisədə 0,35 milyard ABŞ dolları yaxud 0,7 % artmışdır. Həmin ehtiyatların 87,2 %-i ARDNF-in aktivlərinin payına düşür. 2020-ci ildə ABŞ dolları ifadəsində ARDNF-in vəsaitinin ÜDM-ə nisbəti təxminən 102,2 %-ə bərabər olmuşdur.

Ölkədə fiskal tarazlığın qorunmasında ARDNF-in böyük rolu olmuşdur. Belə ki, 2020-ci ildə dövlət büdcəsinin daxilolmalarının 12,2 milyard manatı yaxud 49,4 %-i ARDNF-dən dövlət büdcəsinə köçürülən ödənişlərin hesabına formalaşmışdır ki, xam neftin qiymətlərindən asılı olmayaraq ARDNF tərəfindən dövlət büdcəsi qarşısında öhdəliklər vaxtında icra edilmiş, fiskal sabitliyin qorunması təmin edilmişdir. ARDNF-in aktivlərinin artımı ölkənin maliyyə dayanıqlılığının qorunmasına borclanma əmsalının aşağı düşməsinə müsbət təsir etmişdir. Eyni zamanda 2020-ci ildə dövlət büdcəsinin gəlirləri 24 681,7 milyon manat, xərcləri 26 416,3 milyon manat həcmində icra olunmuş 2020-ci ildə dövlət büdcəsinin kəsiri ÜDM-in (72 432,2 milyon manat) - 2,4 %-ni təşkil etmişdir

2003-2020-ci illərdə ARDNF tərəfindən dövlət büdcəsinə ümumilikdə 112,14 milyard manat vəsait transfer edilmişdir. 2020-ci ildə ARDNF tərəfindən məcburi köçkünlərin sosial-məişət məskunlaşdırılması ilə bağlı tədbirlər, 2019-2023- illərdə Azərbaycan Respublikası ali təhsil sisteminin beynəlxalq rəqabət qabiliyyətliliyinin artırılması üzrə Dövlət Proqramı maliyyələşdirilmiş, dövlət büdcəsinə transfer edilmişdir, eyni zamanda ARDNF-in idarə edilməsi ilə bağlı xərclər təmin edilmişdir. ARDNF-in büdcəsindən bu istiqamətlər üzrə ümumilikdə 12 425,3 milyon manat (7 308,8 milyon ABŞ dolları) məbləğində vəsait ayrılmışdır.

2020-ci ildə ARDNF-in büdcəsindən dövlət büdcəsinə köçürülmüş transfer məbləği 12 200,0 milyon manat eyni zamanda ümumi büdcə xərclərinin 98,2 %-ni təşkil etmişdir. 2020-ci ildə dövlət büdcəsinin gəlirləri 24 681,7 milyon manat təşkil etmiş bunun 12 200,0 milyon manatı yaxud 49,4 %-i ARDNF tərəfindən transfer edilmişdir. Transfer dövlət büdcəsi xərclərinin (26 416,3 milyon manat) 46,2%-ni təşkil etmişdir. 2003-2020-ci illərdə dövlət büdcəsinə, ümumilikdə ARDNF tərəfindən 112,1 milyard manat yaxud 106,9 milyard ABŞ dolları məbləğində vəsait köçürülmüşdür. Bu dövr ərzində ARDNF-in cəmi büdcə xərcləri 126,0 milyard manat olmuş transfertlər bu xərclərin 89,0%-ni təşkil etmişdir. “Qaçqınların məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması məşğulluğunun artırılması üzrə Dövlət Proqramılayihəsi ARDNF tərəfindən 2001-ci ildən başlayaraq maliyyələşdirilməkdədir.

2001-2020-ci illər ərzində ARDNF-in büdcəsindən ümumilikdə bu tədbirlərin maliyyələşdirilməsi məqsədilə 2 702,7 milyon manat vəsait xərclənmişdir. O cümlədən hesabat ilində ARDNF tərəfindən qaçqın məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 200 milyon manat vəsait ayrılmışdır. ARDNF-dən ayrılmış ümumi vəsait hesabına 40 392 ailə üçün fərdi evlərdən ibarət 76 qəsəbə, habelə hündürmərtəbəli binalardan ibarət 25 məhəllə bir çox sosial-infrastruktur obyektləri tikilmişdir. 2020-ci ildə qeyd edilən tədbirlər çərçivəsində 3 məhəllə 4 qəsəbədə 3 640 məcburi köçkün ailəsi üçün mənzillər fərdi evlər tikilmiş ailələr həmin mənzillərə köçürülmüşdür. Bundan əlavə, 7 məktəb, 3 uşaq bağçası, 2 tibb məntəqəsi, 2 icma mərkəzi, 3 inzibati bina, 2 artezian quyusu, 19 su anbarı, 13 nasos stansiyası, 27 yüksəkgərginlikli iri kiçik transformatorlar, 2 elektrik yarımstansiyası, 33,5 km avtomobil yolları, 106,6 km içməli su xətti, 114,5 km elektrik xətləri, 57,6 km qaz xətti 14,7 km kanalizasiya sistemi olan sosial-mədəni infrastruktur obyektlərin tikintisi tamamlanmışdır. Bu maddə üzrə xərclər ARDNF-in 2020-ci il üzrə ümumi büdcə xərclərinin 1,6%-ni təşkil etmiş 2019-cu il səviyyəsində olmuşdur.

Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dəyişiklik edilməsi ilə əlaqədar ARDNF-in 2020-ci il büdcəsinin gəlirlərini xərclərini dəqiqləşdirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2020-ci il tarixli Fərmanı ilə ARDNF-in 2020-ci il büdcəsinə dəyişikliklər edilmişdir. Fərmana uyğun olaraq ARDNF-in 2020-ci il üçün büdcə gəlirlərini xərclərini dəqiqləşdirmək məqsədilə Fondun büdcə gəlirləri 12 384 088,2 min manatdan 7 832 893,4 min manata qədər azaldılmışdır büdcə xərcləri isə 11 589 910,3 min manatdan 12 439 910,3 min manata qədər artırılmışdır. 2020-ci ildə Fondun vəsaiti ilin əvvəlinə nəzərən 241,1 milyon ABŞ dolları ya 0,6%-ə qədər artaraq 43 564,3 milyon ABŞ dolları təşkil etmişdir.

Suveren fondlar dövlətlər tərəfindən yaradılır müvafiq dövlət təşkilatı tərəfindən müstəqil şəkildə idarə olunur. Belə fondlar gəlirliliyin əldə edilməsi məqsədilə investisiya fəaliyyəti ilə məşğul olur bunu əsasən beynəlxalq səviyyədə həyata keçirir. Bu fondların əsas gəlir mənbələrini mədən sənayesindən büdcə profisitindən gəlirlər təşkil edir. Suveren fond olan Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (ARDNF) məqsədi  makroiqtisadi sabitləşmə, yığımdır. Bununla da Fondun əsas qayəsini makroiqtisadi sabitliyin qorunması, mühüm ümummilli layihələrin maliyyələşdirilməsi, gəlirlərin nəsillər arasında bərabər bölünməsi gələcək nəsillər üçün ehtiyat vəsaitin yaradılması təşkil edir. Bu istiqamətdə ARDNF-in birinci növbədə vəzifəsi ölkədə makroiqtisadi sabitliyin qorunması, maliyyə-vergi intizamının təmin edilməsi, neft gəlirlərindən asılılığın azaldılması qeyri-neft sektorunun inkişafının təmin edilməsidir. Bununla da Neft Fondu dövlət büdcəsinin gəlir mənbələrindən biri olmaqla onun dövlət investisiyalarının da əsas maliyyə mənbələrindən biridir.

Qeyd etmək lazımdır ki, 2019-cu ilin martın 31- qədər Neft Fondundan dövlət büdcəsinə 91 milyard 191 milyon manat vəsait transfer edilib. Fonda daxil olan vəsaitə gəlincə, 2001-ci ildən bu ilin birinci rübünün sonuna qədər təkcə Azəri-Çıraq-Günəşli yataqları üzrə əldə olunan ümumi gəlirlər 140 milyard 450 milyon ABŞ dolları olub. Fondun gəlir mənbələri arasında bundan başqa, “Şahdənizyatağı üzrə təbii qazın satışından gəlirlər, bonus ödənişləri, tranzit vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər mövcuddur. Göründüyü kimi, Neft Fonduna daxil olan vəsaitin əsas hissəsi dövlət büdcəsinə transferə yönəldilib. Fondun aktivləri cari ilin birinci rübündə ilk dəfə olaraq 40 milyard (40 milyard 273,3 milyon) ABŞ dollarını ötməyə müvəffəq olub. Lakin Fondun missiyası təkcə dövlət büdcə transferlər olmayıb. Məsələ burasındadır ki, Dövlət Neft Fondunun missiyalarından biri ölkənin sosial-iqtisadi tərəqqisi naminə mühüm ümummilli layihələrin maliyyələşdirilməsidir. Bu məqsədlə, indiyədək bir çox istiqamətlər üçün maliyyələşdirmələr həyata keçirilib. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin, Oğuz-Qəbələ-Bakı su kəmərinin, Bakı-Tbilisi-Qars dəmir yolunun, Cənub Qaz Dəhlizinin, STAR neft emalı kompleksinin tikintisi, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması, Xaricdə Təhsil üzrə Dövlət Proqramının digərlərinin maliyyələşdirilməsi Fond tərəfindən həyata keçirilib. Bu isə onu deməyə imkan verir ki, indiyədək neft qazın satışından əldə edilən gəlirlər nəinki ölkədaxili, həmçinin region üçün əhəmiyyəti olan layihələrin maliyyələşdirilməsinə sərf edilib. Təkcə onu demək kifayətdir ki, beynəlxalq maliyyə qurumları ermənilərin bədnam fəaliyyəti nəticəsində Bakı-Tbilisi-Qars dəmir yolunun perspektivsizliyini əsas gətirərək onun maliyyələşdirilməsindən imtina etdiyi vaxtda Azərbaycan tərəfi məhz Dövlət Neft Fondu vasitəsilə onu reallaşdıra bildi.

Neft qazın bərpa edilməyən təbii ehtiyat olduğunu nəzərə aldıqda Fondun bir missiyası da onlardan əldə edilən gəlirin nəsillər arasında bərabər bölüşdürülməsi gələcək nəsillər üçün ehtiyat vəsaitin toplanmasıdır. Bu məqsədlə Dövlət Neft Fondu ixtiyarında olan vəsaitləri investisiya etməklə həm əlavə gəlir əldə edir, həm gələcək nəsillərə çatdırılmasını təmin edir. ARDNF- investisiya risklərin idarə olunmasıAzərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi idarə edilməsi haqqında Qaydalar” (İnvestisiya Qaydaları) hər il Müşahidə Şurası tərəfindən baxıldıqdan sonra Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq olunanAzərbaycan Respublikası Dövlət Neft Fondunun İnvestisiya siyasəti (İnvestisiya siyasəti) əsaslanır. İnvestisiya Qaydaları ARDNF-in vəsaitlərinin idarə edilməsinin ümumi prinsiplərini müəyyən edir.

Əli SADIQOV,

Respublika”.