Sosial həyat

"NƏ QƏDƏR AZƏRBAYCAN VAR, MƏN DƏ VARAM"

"Heydər Əliyev İli" ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində YAP Daşkəsən rayon təşkilatı RİH ilə birgə ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə " qədər Azərbaycan var, mən varam" mövzusunda konfrans keçirib. Konfransda Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, YAP rayon təşkilatının sədri Meydanəli Yolçiyev, YAP İdarə Heyətinin üzvü Əfsun Sucayev, millət vəkili Müşfiq Cəfərov, rayonun YAP fəalları KİV mənsubları iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə tər gül dəstələri düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.

 Daşkəsən Rayon Şəhidlər Xiyabanı ziyarət olunub, şəhidlərin məzarları üzərinə tər güllər qoyulub. Dövlət Himninin səsləndirilməsi ilə başlayan yığıncaqda müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin, eləcə ölkəmizin ərazi bütövlüyü suverenliyi uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransı giriş sözü ilə açan Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev qeyd edib kimüasir, müstəqil demokratik  Azərbaycan Respublikasının memarı, görkəmli dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ölkəmizin bütün şəhər rayonlarında, eləcə respublikamızın hüdudlarından kənarda bayram əhvali-ruhiyyəsində, böyük təntənə ilə qeyd edilir. Möhtərəm Prezidentimiz İlham Əliyevin 2023- ilin Azərbaycanda  "Heydər Əliyev İli" elan edilməsi ilə bağlı 2022-ci il 29 sentyabr tarixli Sərəncamı mühüm siyasi qərar olmaqla yanaşı, həm xalqımızın dövlətimizin ulu öndər Heydər Əliyevə verdiyi yüksək qiymətin göstəricisidir.

1969-cu ildə respublikamızda siyasi rəhbərliyə başlayan Heydər Əliyevin həmin dövrdəki fəaliyyəti tariximizə sovet Azərbaycanının sürətli inkişaf quruculuq mərhələsi kimi daxil olmuşdur. Heydər Əliyev istər Azərbaycanın rəhbəri, istərsə 1982-1987-ci illərdə Moskvada SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı illərdə respublikamızın inkişafı üçün əhəmiyyətli işlər görmüş, eyni zamanda Qarabağda erməni separatizminin, bütövlükdə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının qarşısını qətiyyətlə almışdır. 1987-ci ildə Heydər Əliyevin Moskvada siyasi fəaliyyətdən təcrid olunmasından dərhal sonra keçmiş ittifaqın ermənipərəst rəhbərləri Dağlıq Qarabağda separatçı hərəkətlərə rəvac verdilər. Bu, həm 1988-ci ildə 300 min nəfərdən  artıq soydaşımızın Ermənistandan kütləvi deportasiyasını sürətləndirdi, Sovet qoşunlarının Bakıya yeridilməsi 1990- il qanlı 20 Yanvar faciəsi ilə nəticələndi. 1990- ildə məlum səbəblər üzündən Vətənə döndükdən sonra Bakıda qala bilməyən Heydər Əliyev Naxçıvana üz tutdu respublikamızda dövlət müstəqilliyimizin bərpası uğrunda  mübarizənin tamamilə yeni keyfiyyət mərhələsi başladı.

1993- ilin iyun ayında xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya gələn Heydər Əliyevin həyata keçirdiyi xilaskarlıq missiyası, Azərbaycanın müstəqilliyini bütövlükdə dövlətçiliyimizi qoruyub saxlaması müstəqillik tariximizin ən şanlı səhifələrini təşkil edir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə dövlətimizin hüquqi-siyasi əsasları formalaşdırıldı. Xalqımızın qədim zəngin milli-mənəvi dəyərləri qorunub saxlanıldı, azərbaycançılıq məfkurəsi milli ideologiya səviyyəsinə yüksəldildi.

Ümummilli liderimiz Heydər Əliyevin möhkəm sarsılmaz təməllər üzərində yaratdığı müstəqil Azərbaycan onun siyasi varisi, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə indi bütün sahələrdə öz tarixinin ən qüdrətli, layiqli dövrünü yaşayır. Bu bünövrə üzərində ötən 20 ildə bütün sahələr üzrə sürətli inkişaf yolu keçən Azərbaycan beynəlxalq miqyasda aktuallıq kəsb edən nəhəng enerji-nəqliyyat infrastruktur layihələrinin müəllifi, regionun lideri qlobal miqyasda etimadla qarşılanan qalib dövlətdir.

Ulu öndərimizin ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsi idi. Artıq torpaqlarımız işğaldan azad edilib, ərazi bütövlüyümüz bərpa olunub. 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm zəfər milli dövlətçilik tariximizin şərəfli qürur səhifəsinə çevrilib. Heydər Əliyevin arzusunu, ata vəsiyyətini həyata keçirən, Vətən müharibəsində Zəfərimizin müəllifi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev indi Qarabağda Şərqi Zəngəzurda düşmənin dağıtdığı şəhər kəndlərimizi yenidən qurur. Böyük Qayıdış proqramı uğurla icra olunur, keçmiş məcburi köçkünlərin  öz ata-baba yurdlarına möhtəşəm qayıdışı reallaşır.

YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev, YAP İdarə Heyətinin üzvü Əfsun Sucayev, millət vəkili Müşfiq Cəfərov çıxışlarında vurğulayıblar ki, bu gün Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin 100 illik yubileyini böyük hörmət ehtiramla, onun Vətənimiz üçün gördüyü möhtəşəm çoxsaylı işləri, əvəzolunmaz xidmətlərini xatırlamaqla qeyd edir.

Digər çıxış edənlər ümummilli lider Heydər Əliyevin şərəfli həyat yolundan, xalqımız qarşısında unudulmaz möhtəşəm tarixi fəaliyyətindən siyasi irsindən söz açıblar.

Zabit XƏLİLOV,

"Respublika".