Nə mutlu türkəm deyənə!
Türk dünyası

Nə mutlu türkəm deyənə!

Birinci Dünya müharibəsinin gedişində aldığı ağır məğlubiyyətlər nəticəsində Osmanlı imperiyası nəinki geniş coğrafiyasından məhrum olmuş, hətta özünün tarixi ərazisini, indiki Türkiyənin böyük hissəsini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Belə ağır şəraitdə Mustafa Kamal paşa Osmanlı ordusundakı vətənpərvər zabitlərlə birlikdə Türkiyənin qurtuluşu uğrunda savaşa başladı. 1919-cu il mayın 19-da Qara dəniz sahilindəki Samsun şəhərindən başlanan mübarizə üç il davam etdi. 1919-cu ilin dekabrında Ankaraya gələn Mustafa Kamal bu şəhəri Türkiyə dövlətçiliyi uğrunda mübarizənin mərkəzi elan etdi. Çünki İstanbuldakı iqtidar ölkəyə nəzarəti çoxdan itirmişdi.

Mustafa Kamal 1920-ci il aprelin 23- Ankarada xalqın iradəsini təmsil edən Türkiyə Böyük Millət Məclisinin çağırılmasına nail oldu. 1920-ci ilin avqustunda İstanbuldakı hökumət I Dünya müharibəsinin qalibləri olan Birləşmiş Ştatlar, Britaniya Fransa tərəfindən Sevr anlaşmasını imzalamağa məcbur edildi. Sazişə görə, Osmanlı 1914- ilə qədər olan ərazilərinin 75 faizini itirir, ordu donanması müttəfiq ölkələr tərəfindən bölüşdürülürdü. Amma sözügedən anlaşma xalqda böyük etiraz doğurdu, Mustafa Kamal türk xalqının heç vaxt bu təslimçilik aktına razı olmayacağını bildirdi. Atatürk "suverenlik verilməz, alınar" deyərək yola çıxdı. O, hər zaman deyirdi ki, türk milləti müstəqil yaşamış müstəqilliyi var olmalarının yeganə şərti olaraq qəbul etmiş cəsur insanların nəvələridir. Bu millət heç bir zaman azad olmadan yaşamamışdır, yaşaya bilməz yaşamayacaq!

Bu prinsiplə hərəkət edən Mustafa Kamalın başçılıq etdiyi Qurtuluş savaşı daha da genişləndi. 1921-ci ilin yanvarından başlayaraq qələbələr əldə edən türk ordusu həmin ilin avqustunda Sakarya savaşından zəfərlə çıxdı. 1922-ci ilin avqustunda Mustafa Kamalın komandanlığı altında həyata keçirilən "Böyük Taarruz" ("Böyük Hücum") əməliyyatı ilə Türkiyənin yunan ordusunun işğalı altında olan cənub-qərb hissəsi azad edildi. 30 avqust Zəfəri ilə yeni dövlətin quruluşunun da təməli qoyuldu. Türkiyə Sevr anlaşmasının ləğv edilməsi üçün Lozannada yeni beynəlxalq konfransın çağırılmasına nail oldu. 1923- ilin iyulunda Lozanna konfransının yekun sənədi Sevr müqaviləsini ləğv etdi Türkiyənin ərazisini indiki sərhədlər çərçivəsində müəyyənləşdirdi. 1923- il oktyabrın 2- türk ordusu sonuncu işğalçı qoşunları da, yəni ingilis hərbi gəmilərini İstanbuldan çıxardı. 1923- il oktyabrın 29-da Mustafa Kamal Türkiyə Böyük Millət Məclisində çıxış edərək Türkiyə Cümhuriyyətinin yarandığını elan etdi. Parlament Mustafa Kamalı ölkənin ilk prezidenti seçdi, ilk hökumətin qurulması isə ordu komandanlarından İsmət İnönüyə tapşırıldı. 1923- il oktyabrın 29-da yeddi əsrlik Osmanlıdan sonra yeni dövlətin - Cümhuriyyətin qurulması ümumtürk tarixində yeni səhifənin yazılması idi. Ondan öncə cəmi 23 aylıq ömrü olmuş Azərbaycan Cümhuriyyətinin uzun müddət müstəqilliyini qoruya bilməməsi, eləcə Orta Asiyadakı türk xalqlarının milli dövlət qurmaq niyyətlərinin şimal küləyi ilə puça çıxarılmasından sonra Ankarada Atatürkün öndərliyi ilə bəyan edilən Türkiyə Cümhuriyyəti, əslində bütün Türk dünyası üçün ümid yeri idi.

Amma Cümhuriyyətin ilk illəri Türkiyə tarixinin çətin dövrü olsa da, Mustafa Kamal ölkənin bölünməzliyini təmin edə bildi. 1932-ci ildə TBMM-in qərarı ilə Mustafa Kamala Atatürk adı verildi. 1923, 1927, 1931, 1935-ci illərdə, ümumilikdə dörd dəfə prezident seçilmiş Atatürk 1938-ci il noyabrın 10-da vəfat etdi. Ondan sonra prezident postuna Baş nazir İsmət İnönü keçdi. O da TBMM- dörd dəfə prezident seçildi. 1950-ci il parlament seçkilərində hakimiyyətə Adnan Menderesin rəhbərlik etdiyi Demokrat Partiyası gəldi. Menderesin Baş nazir olduğu 10 ildə Türkiyə sürətli iqtisadi inkişaf islahatlar dövrünə qədəm qoydu, geniş özəlləşmə başladı, Türkiyənin beynəlxalq nüfuzu artdı. Qardaş ölkənin 1952-ci ildə NATO-ya daxil olması da Menderesin hakimiyyəti dövrünə təsadüf edir.

60-70-ci illər isə Türkiyədə daxili siyasi çaxnaşmalar, dini, solçu millətçi qüvvələrin toqquşmaları ilə xarakterizə olunur. 1974- ildə Kipr türklərinə qarşı qırğınlara son qoymaq üçün adaya qoşun yeridən Türkiyə beynəlxalq müstəvidə ciddi haqsız təzyiqlərlə üzləşdi. 1980-ci ildə növbəti böhran yarandı. Parlamentdə yeni prezidenti seçmək mümkün olmadı. Dərinləşən siyasi iqtisadi böhran, sağ-sol mübarizəsinin küçələrdə silahlı toqquşmalarla müşayiət olunması ölkəni növbəti hərbi çevrilişə sürüklədi. 12 sentyabr çevrilişindən sonra hakimiyyət Baş Qərargah rəisi Kənan Əvrənin rəhbərliyi ilə Milli Təhlükəsizlik Şurasına keçdi. Ölkə iki il hərbi rejim tərəfindən idarə olundu, Türkiyənin Avropa Şurasında üzvlüyü donduruldu. 1983- ildə ölkədə yenidən parlament seçkiləri keçirildi. Turqut Özal, ardınca isə 1993- ildə Süleyman Dəmirəl Prezident oldu. Onlardan sonra ölkə koalisiya hökumətləri ilə idarə olundu.

2002-ci ildə isə ölkədə dərinləşən iqtisadi böhran fonunda hökumət koalisiyası dağıldı noyabrın 3- keçirilən parlament seçkilərində Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Ədalət İnkişaf Partiyası (AKP) təkbaşına iqtidara gəldi. 2007-ci ilin iyul seçkilərində AKP yenidən iqtidar oldu, həmin ilin avqustunda partiyanın namizədi Abdullah Gül TBMM- Türkiyənin 11-ci Prezidenti seçildi. 2014- ilin 10 avqustunda Türkiyədə ilk dəfə prezident xalq tərəfindən, ümumi səsvermə ilə seçildi. Baş nazir Rəcəb Tayyib Ərdoğan inamlı qələbə qazanaraq ölkənin yeni başçısı oldu. 2017-ci ildə keçirilən referendumla Türkiyənin dövlət idarəçiliyi qismən dəyişdi. Ölkə parlament-prezident idarəçiliyindən Prezident idarəsinə keçdi, Baş nazir postu ləğv olundu. Beləliklə, 2018-ci ildə Prezident seçilən Ərdoğan həm dövlətin, həm hökumətin başçısı oldu.

Son 20 ildə Türkiyə Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə keçən böyük tarixi yol qət etdi. Bu gün isə qardaş ölkə daha güclü, o cümlədən sürətlə inkişaf edən milli hərbi sənayesi ilə daha da qüdrətlidir. Əslində, 1975-ci ildən başlayaraq qardaş ölkə hərbi sənaye sahəsində əhəmiyyətli inkişaf dövrünü yaşayır. Amma son illərdə Birləşmiş Ştatların Türkiyəyə "F-16" döyüş təyyarələrinin satışını dayandırması Ankaranın hərbi sənaye sahəsinə ciddi yatırımlar etməsinə nəticədə uğurlar qazanmasına səbəb oldu. "Bayraktar", "Akıncı", "Hürkuş", "Singur", "Aksungur" ilə dünya hərb sənayesində adından söz etdirən Türkiyənin son uğuru da "Altay" döyüş tankıdır. Türkiyə silahlı qüvvələrinin gücünə güc qatacaq "Altay" davamlılığı, təhlükəsizliyi ilə rəqiblərini üstələyir.

Son illərdə müdafiə sənayesi sahəsində sürətlə inkişaf edən Türkiyə ötən ay yeni bir ilkə imza atdı. Aprelin 10-da yerli şirkətlər tərəfindən inşa edilən "TCG Anadolu" amfibiya hücum gəmisi Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə istifadəyə verildi. 2016- ildə inşasına başlanan "TCG Anadolu" gəmisi dünyanın ilk PUA gəmisi hesab olunur. Uzunluğu 231 metr, eni 32 metr olan "TCG Anadolu" vasitəsilə 19 helikopter, 30 müxtəlif zərbə PUA-ları, 13 tank digər zirehli texnikalar da daşına biləcək. Türkiyə Hərbi Dəniz Qüvvələrinin ən böyük gəmisi olan "TCG Anadolu" 1400 hərbçi daşımaq qabiliyyətinə malikdir. Hərbi baxımdan "TCG Anadolu" Türkiyə müttəfiqlərinə çevik imkanlar təqdim edəcək.

Türkiyə PUA, tank, qırıcı təyyarə kimi hərbi yeniliklərindən sonra bu sahədə qərbdən asılılığını azaltdığı kimi, enerji ilə bağlı da xaricə olan tələbatını aşağı salır. Belə ki, Türkiyənin ilk atom elektrik stansiyası, eyni zamanda ən böyük investisiyası olan Akkuyu Atom Elektrik Stansiyasının birinci bloku başa çatmaq üzrədir. Ümumilikdə 4 blokdan ibarət stansiyanın tamamilə hazır olması 2028-ci ilə qədər başa çatacaq. Buna baxmayaraq, ötən həftə reallaşdırılan yanacaq yükləməsi ilə rəsmi olaraq nüvə obyekti statusunu qazanıb. 60 il xidmət göstərəcəyi nəzərdə tutulan stansiya qardaş ölkənin ümumi elektrik ehtiyacının 10 faizini qarşılayacaq. Üstəlik, təxminən 20 milyard dollara başa gələn AES-in uzunmüddətli perspektivdə Ankaraya 50 milyard dollar fayda verəcəyi gözlənilir. Həmçinin yeni AES-in qurulması Türkiyənin xarici dövlətlərdən aldığı qaz digər enerji mənbələrinin miqdarını azaldacaq ki, bu da ölkə iqtisadiyyatına böyük dəstək olacaq. Onu da qeyd edək ki, bir çox qərb dövləti ekoloji cəhətdən təhlükəli olduğu üçün atom elektrik stansiyalarını tədricən bağlayır. Buna baxmayaraq, Akkuyu AES hazırda ekoloji baxımdan ən təmiz stansiyalardan biridir. Üstəlik, yeni texnologiyalar əsasında stansiyanın atmosferə buraxdığı çirkli qazın miqdarı da xeyli az olacaq. Bu isə qarşıdakı illərdə Türkiyənin regionda bunun kimi bir neçə AES açmasına şərait yaradacaq.

Son 20 ildə Türkiyə ilə Azərbaycan arasında münasibətlərin inkişafı tarixdə ən yüksək səviyyəyə çatıb. Həmin inkişafda xalqların, dövlətlərin əlaqələri ilə yanaşı, hər iki ölkə rəhbərinin səmimi, qardaşlıq münasibətləri əsas amil kimi çıxış edir. Dövlətimizin başçısının qardaş ölkəyə son səfəri zamanı TEKNOFEST festivalında iştirakı Türkiyə, onun Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında söylədikləri münasibətlərin inkişafının göstəricisidir. Türkiyə-Azərbaycan münasibətləri yarıkonfederasiya halına gətirilib, hər bir ölkənin uğuru kədəri digərində açıq şəkildə hiss olunur. Türkiyədə istehsal edilən hərbi sənaye məhsullarının dərhal Azərbaycana inteqrasiya edilməsi, İkinci Qarabağ müharibəsində ölkəmizə verilən dəstək, qardaş ölkədə baş verən təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında Azərbaycanın oynadığı rol isə hər iki ölkənin xalqlarını dövlətlərini daha möhkəm birləşdirir. Eyni zamanda, deyə bilərik ki, Prezident İlham Əliyevin Azərbaycanda "Bayraktar" mərkəzinin açılmasına, səmalarımızda dünyanın son model hərbi təyyarəsi olan "Kızılelma"nın uçacağına ümidvar olduğunu bildirməsi bizim üçün mühüm, əhəmiyyətli məsələlərdir gələcəkdə ölkəmizin təhlükəsizliyinin qarantıdır.

Bütün bunlar isə türkü düşmən gözündə görənləri çox narahat edir. Ermənistan, İran digər mənfur qonşularımız mübariz türklərin qarşısını almaq üçün hər cür məkrli oyuna əl atır, terror törədir, separatçı qrupları maliyyələşdirir, mülki şəxslərin ölümünə səbəb olurlar. Amma Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da dediyi kimi siyasətin yeganə limanı əxlaqdır. Ər kimi mübarizə apara bilməyənlər var olduqları müddətcə paxıllıq əziklik hissindən başqa heç nəyə sahib ola bilməyəcəklər.

 

Jalə QASIMZADƏ,

"Respublika".