Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın iclası keçirilib
Sosial həyat

Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın iclası keçirilib

Noyabrın 26-da Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın iclası keçirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikası Baş nazirinin müavini, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın sədri Əli Əhmədovun sədrliyi ilə keçirilən iclasda aidiyyəti qurumların nümayəndələri də iştirak ediblər.

İclasda Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı"nın icra vəziyyəti, uşaq hüquqlarının müdafiəsi sahəsində mütəxəssislərin bilik və bacarıqlarının artırılması, yerli komissiyaların fəaliyyətinin effektivliyinin təmin olunması, uşaq hüquqlarının təşviqi sahəsində maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, komissiyanın qarşısında duran məsələlər və 2022-ci il üçün nəzərdə tutulmuş tədbirlər planı müzakirə edilib.

AZƏRTAC