Nazir müavini Mingəçevir şəhərində vətəndaşların müraciətini dinləyib
Digər xəbərlər

Nazir müavini Mingəçevir şəhərində vətəndaşların müraciətini dinləyib

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli avqustun 19-da Mingəçevirdə həmin şəhərin sakinlərinin müraciətini dinləyib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, müraciət edənlərin bir qismi şəhid ailələrinin üzvləri və müharibə veteranları olub.

Vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.

AZƏRTAC