Nazir Ceyhun Bayramov: İşğaldan azad edilən ərazilərin bərpası Azərbaycan dövlətinin prioritetlərindəndir
MÜSAHİBƏLƏR

Nazir Ceyhun Bayramov: İşğaldan azad edilən ərazilərin bərpası Azərbaycan dövlətinin prioritetlərindəndir

Azərbaycanda bütün sahələr üzrə islahatlar həyata keçirilir. Ölkəmiz postmüharibə dövrünə qədəm qoyub və işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulması Azərbaycan dövlətinin prioritetlərindəndir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri xarici işlər naziri Ceyhun Bayramov BMT İnsan Hüquqları Şurasının 49-cu iclasında çıxışında bildirib.

Nazir vurğulayıb ki, məqsəd Azərbaycanı ekoloji cəhətdən təmiz, yaşıl ölkəyə çevirməkdir. İşğaldan azad edilmiş ərazilərdə infrastruktura yenidən qurulur, "ağıllı" kəndlər, şəhərlər, parklar salınır.

AZƏRTAC