Nazir: Azərbaycan Xəzərin yaşıl enerji potensialını Avropaya tədarük etmək niyyətindədir
İQTİSADİYYAT

Nazir: Azərbaycan Xəzərin yaşıl enerji potensialını Avropaya tədarük etmək niyyətindədir

Energetika naziri Pərviz Şahbazov 9-cu "Berlin Enerji Keçidi Dialoqu" konfransında çıxış edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, çıxışda Azərbaycan Prezidenti tərəfindən ölkənin sosial-iqtisadi inkişaf strategiyasının prioritetlərindən biri kimi müəyyənləşdirilən bərpaolunan enerjinin inkişafı daha çox tərəfdaş ölkələrin enerji təhlükəsizliyinə töhfə vermək aspektində diqqətə çatdırılıb. Ötən il Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sektorunda strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasını xatırladan energetika naziri deyib ki, Azərbaycan uzun illərdir dünya neft bazarını xam neft neft məhsulları ilə təmin edir: "İki ildən çoxdur ki, biz Avropanın enerji bazarına təbii qaz tədarük edirik. İndi biz Avropa Komissiyası ilə təbii qaz tədarükünün həcmini iki dəfə artırmaq üçün işləyirik, çünki Avropadan olan tərəfdaşlarımız Rusiya ilə Ukrayna arasındakı müharibə ümumi enerji böhranı fonunda bu həcmlərin artırılması xahişi ilə bizə müraciət ediblər".

Energetika naziri bərpaolunan enerji mənbələrinin inkişafı məqsədilə son illərdə həyata keçirilən islahatlardan, yeni qanunvericilik aktlarının hazırlanmasından, investisiya mühitinin yaradılmasından bəhs edib. Bildirilib ki, Azərbaycanın "yaşıl enerji" ilə bağlı siyasəti bu sahənin inkişafına dövlətin maliyyə vəsaitlərini deyil, xarici şirkətləri cəlb etməyə yönəlib. Xarici investorlarla artıq 710 MVt gücündə külək günəş enerji layihələrinin icra edildiyi, 25 QVt-a yaxın istehsal gücləri üzrə əməkdaşlıq sənədlərinin imzalandığı qeyd edilib. Bu potensial ötən ilin dekabrında Azərbaycan, Gürcüstan, Rumıniya Macarıstan arasında "yaşıl enerji"nin inkişafı ötürülməsinə dair imzalanmış Saziş əsasında ölkəmizin Avropaya "yaşıl enerji"ni tədarük etmək niyyəti ifadə edilib: "Xəzər dənizində 157 QVt-lıq külək potensialımız var. Biz onu Avropa İttifaqına yüksəkgərginlikli xətlər vasitəsilə elektrik enerjisi, "yaşıl hidrogen", ammonyak şəklində verə bilərik. Dörd ölkə Avropa Komissiyası özəl şirkətlərlə birlikdə bunun üzərində işləyir".

Çıxışda, həmçinin bərpaolunan enerjinin ölkənin enerji sisteminə inteqrasiyası, bərpaolunan ənənəvi enerji mənbələri arasında balansın yaradılması məsələlərinə toxunulub. Amerikanın "Tetra Tech" Türkiyənin "Efra" şirkətləri ilə bu istiqamətdə əməkdaşlıq edildiyi enerji sisteminə 2 min MVt-dək həcmdə bərpaolunan enerji güclərinin inteqrasiyasının planlaşdırıldığı bildirilib.

Nazir Pərviz Şahbazov deyib ki, "yaşıl enerji" gələcəyin enerjisidir. Lakin biz enerji keçidinin rasional şəkildə həyata keçirilməsi barədə düşünməliyik